Bakıda yeni kontur fırıldaqçıları peyda olub

Bakıda yeni kontur fırıldaqçıları peyda olub


Xeberdar.net Dia.az-a istinadən xəbər verir ki, Şikayət edənlər məlumat verirlər ki, bir neçə gündür onların mobil telefonlarına mesajlar daxil olur.


Fırıldaqçılar öz mobil nömrələrindən hazır şəkildə olan mesajları istənilən nömrələrə yollayırlar. Mesajların mətni belədir: «Hörmətli abunəçi 050 869 55 02 nömrəli abunəçi sizin balansınıza 10 azn yükləmişdir». Mesaj qarşı tərəfə daxil olan ilk dəqiqədəfırıldaqçı dərhal zəng edərək yanlışlıq olduğunu, konturun geri qaytarılmasını istəyir. Bu mesajın mətni Azercell-in oxşar köçürmə sistemindəki mətnlə eyni olur. Bundan sonra sms-i alan vətəndaş «ödənilmiş pulu» geri qaytarmağa başlayır. Bunun üçün 9202 köçürmə sistemindən istifadə edirlər. Lakin sonradan balansından 10 azn çıxıldığını görən vətəndaşlar Azercell Müştəri Xidmətlərinə müraciət edirlər. Və bəlli olur ki, əslində fırıldaqçı nömrə heç kimə 10 azn köçürmür. Nəticə etibarilə də vətəndaşın balansından konturlar çıxırlır.

Dünəndən etibarən eyni nömrədən - 050 869 55 02 abunəçidən gələn sms-lərə aldanaraq konturları oğurlanan vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər. Hazırda həmin nömrə də aktivdir.

Şikayətçi sakinlər bu fırıldaqçıların qarşısının alınmasının mühim ictimai hadisə olduğunu vurğalyırlar. Bildirirlər ki, bu tendensiyada ictimai olaraq hər kəsi bilgiləndirmək, mətbuat vasitəsilə fırıldaq haqda hər kəsi məlumatlandırmaq lazımdır ki, qurbanların, aldadılmış vətəndaşların sayı artmasın.
Onu da əlavə edək ki, Azercell-in Müştəri Xidmətlərindən də bildirirlər ki, son günlər həqiqətən də bu fırıldaqla bağlı olaraq şikayətlər artır.
Şikayətçi vətəndaş günlərdir ki, sərbəst şəkildə dolaşan bu fırıldaqçının tezliklə cəzalandırılması üçün daxili işlər naziri, cənab Ramil Usubova da müraciət edir. Deyir ki, bunu özünə bir vətəndaşlıq borcu hesab edir və cənab prezidentin bu yaxınlarda ictimai nəzarətin gücləndirilməsi təşəbbüsləri haqda çağırışına kiçik də olsa əməl etmək istəyir.

Bakıda yeni kontur fırıldaqçıları peyda olub

  • 17-06-2015, 22:53
  • 789


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai rayonunda bu ərazi də satıldı
  2. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  3. ÇİNİN 5G SİSTEMİNƏ QARŞI ABŞ-ın KORONAVİRUS ƏMƏLİYYATI:iki amerikalı professorun hazırladığı virus dünya nizamını necə dəyişir? - ARAŞDIRMA
  4. Tanınmış jurnalist hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək
  5. TALANAN MİLYARDLAR, MƏHV EDİLƏN MİLYONLUQ TEXNİKA... - Həbs edilən olacaqmı? + FOTOLAR
  6. Xətai rayonunun "islahatçı" icra başçısının gerçək üzü
  7. “Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir” –Ərdoğandan açıqlama
  8. Jalənin döyülməsini gizlədən “City Hospital”dan şok – Faktlar
  9. AZƏRBAYCANDA KOLLEC DİREKTORU VƏ MÜAVİNİ TUTULDU –Rüşvətlə
  10. 3 saylı klinik xəstəxanada biabırçılıq – Bakıda ölən şəxsi “soydular”
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI