Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyi yekdilliklə təsdiqlənib

840 21-04-2018, 13:15 cemiyyet

Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyi yekdilliklə təsdiqlənib
Milli Məclisdə prezident İlham Əliyevin təqdimatı ilə Baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Novruz Məmmədovun namizədliyini təsdiqlənib.

113 deputat N.Məmmədovun Baş nazir postuna namizədliyinin lehinə səs verib. Onun namizədliyinin əleyhinə səs verən olmayıb.

Spiker Oqtay Əsədov “Novruz müəllim, sizi təbrik edirik. Çox çətin bir işin altına girirsiniz. Əminik ki, böyük ləyaqətlə bu işin öhdəsindən gələcəksiniz” deyib.

E.PAŞASOY,
Musavat.com

XƏBƏR LENTİ