Ramiz Mehdiyev: “Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısı artırılıb”

Ramiz Mehdiyev:  “Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısı artırılıb”
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb”.

“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Rafiq oğlu Babayevi Nazirliyin kollektivinə təqdim edərkən çıxışında bildirib.

O, əmək resurslarının səmərəli məşğulluğunun təminatının, aktiv məşğulluq proqramlarının genişləndirilməsinin, əmək bazarının tənzimlənməsinin də ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. R.Mehdiyev dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı Nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

R.Mehdiyev Sahil Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

Ramiz Mehdiyev: “Əhalinin sosial cəhətdən həssas qruplarına dövlət qayğısı artırılıb”

  • 23-04-2018, 18:13
  • 608


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. “Bəyaz Diş” klinikasında dişi bəyazlaşdırırlar bəs... – Ruslan Əliyev haqqında cinayət işi nə üçün açılıbmış?
  3. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  4. Sabahın hava proqnozu açıqlanıb
  5. Ümid Partiyası “21 Azər” Hərəkatının 74-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik etdi
  6. NATO-da Türkiyəyə etimad problemi yaranıb –Nə baş verəcək?
  7. Əri həbsdə olan qadın iki azyaşlı körpəsini ataraq evdən qaçıb
  8. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri bəyanat yayıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI