Millət vəkili ürəyindən əməliyyat olundu

Millət vəkili ürəyindən əməliyyat olunduMilli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov səhhətində yaranan problemə görə, xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bir ay bundan əvvəl V.Əhmədov ürəyində ciddi problem yaranıb. Bakıda xəstəxanaların birinə yerləşdirilən millət vəkili ürəyindən təcili əməliyyat olunub və stend qoyulub.

Millət vəkilinin səhhəti normaldır, hazırda işinin başındadır.

Vahid Əhmədov Unikal.org-a açıqlamasında deyib ki, hazırda səhhəti normaldır, müalicəsini davam etdirir: "Ürəyimdə problem yaranmışdı. Müalicə olunuram”.

Xeberdar.net

Millət vəkili ürəyindən əməliyyat olundu

  • 24-04-2018, 11:03
  • 400


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI