"Maşın" şouda hamı şoka düşdü (VİDEO)

"Maşın" şouda hamı şoka düşdü (VİDEO)

Murad Dadaşov "Maşın əldən getdi" sözünü bu dəfə ona dedi

"Daha bir nağıl" devizi ilə ANS-də yayımlanan "Maşın" realiti-şouda bu gecənin nağılı Abbas Bağırov üçün bitdi.

ANS PRESS-in məlumatına görə, Aşıq Əli (Əli Tapdıq oğlu) 87,20% səslə oyunda qaldı. O, heç kimin gözləmədiyi halda Xatirə İslamın adını çəkdikdə, Abbas Bağırov əlini maşından çəkərək Murad Dadaşovun yanına gəldi.

A.Bağırov X.İslamın çıxarılmasına imkan vermədì. Aşıq Əli onun bu addımını qəbul edib fikrini dəyişdi və Xatirə İslam oyunda qaldı, Abbas Bağırov üçün isə "maşın əldən getdi"

Qeyd edək ki, əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu şouda qutuya daha çox Aşıq Əlinin şəkli atılmışdı. Aşıq Əli ona qarşı aparılan oyundan, yəni fotosunun atılmasından xəbərsiz olduğunu demişdi. Mehriban Xanlarova isə onun bu sözlərinə etiraz etmişdi: "Başımı kəssələr də inanmaram. Belə danışmağa əsasım var".

Oyunun sonuna qədər Aşıq Əli səs toplayarsa kimi çıxaracağını açıqlamamışdı. "İstənilən oyunçunu kənarlaşdıra bilərəm" deyərək, hamını nigaran qoydu.

Murad Dadaşov isə hesab edirdi ki, Aşıq Əlinin hədəfi Anar Ağakişiyevdir.

Mehriban Xanlarova özünün hədəf olduğunu ehtimal edib, tamasaçılara müraciət edərək Aşıq Əlinin getməsi üçün səs istədi. Lakin Aşıq Əli tamaşaçıların səsini toplayaraq oyunu davam etdirmek sansını qazandı.

"Maşın" şouda hamı şoka düşdü (VİDEO)

  • 16-05-2015, 23:58
  • 1 003


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Qazaxda düşmən təxribatı davam edir
  8. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI