Darvini bacılarına öldürtdürmək istəyən Karl Marks"Kapital"la qazandığına bir qutu tütün də ala bilməyib - ARAŞDIRMA

Darvini bacılarına öldürtdürmək istəyən Karl Marks"Kapital"la qazandığına bir qutu tütün də ala bilməyib - ARAŞDIRMA
Mustafa Erdemol

“Birgün”

Bu gün 1 Maydır. Dünyanın bütün işçiləri üçün bu tarixin nə anlam verdiyini bilirik. Sosializm ideyasının banisi olan Karl Marksın doğum gününü isə bir neçə gün sonra qeyd edəcəyik.

5 May (1818) Marksın dünyaya gəldiyi tarixdir. Bəşəriyyətin qurtuluşunun dini və ya siyasi və daha çox iqtisadi, sosial təzyiqlərdən necə xilas olmasını bizə öyrədən böyük Marksın 200 yaşı tamam olacaq.

Marks haqqında doğum ildönümü ilə əlaqədar çox şey yazılacaq. Düşüncə sistemi, insanlığın qurtuluşu üçün resepti, dünyanın demək olar ki, hər yerində bir daha müzakirə olunacaq.

Amma böyük mütəfəkkir olmaqdan başqa, Marksın da şəxsi həyatı var. Şəxsən mənim marağımı daha çox çəkən də odur.

Bu qeyri-adi zəkanın, həqiqətən, adi insanlar kimi yaşadığını bilmək maraqlıdır və bir çoxunuztək onun da eyni dərdləri çəkdiyini bilməlisiniz. Bunda, əlbəttə, təəccüblü heç nə yoxdur, amma hər səviyyədə insanların ümumi cəhətləri var.

Ən azı Marks ilə eyniliyimiz gözəldir. Bu vacib məlumat olmasa da, mənim üçün oxuduğu kitabların səhifələri arasına sevdiyim dəfnə yarpağını qoyub-qoymadığını bilmək vacibdir.

O, dəfnə yarpağını sevirmiş. Marks həqiqətən, çox rəngarəng xarakterli şəxsiyyətdir.

İlk həbs

Bütün həyatı boyu pul çatışmazlığından əziyyət çəkən böyük Marks yoxsulluqdan üç övladını itirib. Həyatının sonunadək yoxsulluqdan qurtulmaq üçün mübarizə aparan qurbanlardan biridir.

Qara qəpiksiz qalarkən, arvadının zinət əşyalarını lombarda aparıb, yolda oğurluq şübhəsi ilə həbs olunub.

Tütünə aludəçi olduğunu söyləyirlər, “dəmkeş” imiş, içkiyə münasibətinin necə olduğunu bilmirdim, amma gənc ikən sərxoş halda ictimai asayişi pozduğuna görə həbs olunub.

Hətta tütün pulu eləmədi

Tütün məsələsi üzərində bir az da dayaq. Çox tütün çəkirmiş. Xüsusilə “Kapital”ı yazarkən çəkdiyi qəlyanın sayı-hesabı yoxdur. “”Kapital” mənə çəkdiyim tütün qədər pul qazandırmadı”, – kürəkəni Pol Lafarqa deyib.

“Kapital”ı yazı yazarkən nə qədər çətinlik çəkdiyini bilməlisiniz, kürəyində çibanlar çıxdığından bəzi fəsilləri ayaq üstə yazıb. Lafarqa etiraflarında “Kapital”i bitirə bilməyəcəyi narahatlığını söyləyib. Çünki bu böyük əsəri yazarkən, həqiqətən, xəstə idi.

Qəlyana aludəçiliyindən tez-tez kibrit yandırırmış. Çünki tez-tez sönürmüş.

Qəhvə, həm də tünd qəhvə səhər yerindən qalxarkən istədiyi yeganə şey idi. Yemək yemirmiş demək olar ki…

“Don Kixot”u çox sevdiyinə təəccüblənmirəm. Marksın uşaqlarına yuxuya getmədən əvvəl sevdiyi romanı oxumağının səbəbi budur.

Necə işləyirmiş?

Mən tez-tez Londonda yolumu onun getdiyi kitabxanadan salırdım, çünki maraqlı idi və bu, “Jubilee Garden”dəki kitabxanadır.

Britaniya Kitabxanasında da çoxlu vaxt sərf edib, amma Marksın “mənim kitabxanam”da çalışdığı masa hələ də olduğu kimi qalır.

Digər mənbələrdən Marksın işlədiyi zaman kitablara qarşı rəhmli olmadığını öyrəndim. Yalnız səhifənin kənarlarını qatlamaqla kifayətlənməyib, qurğuşun qələmlə cızıqlar çəkirmiş. Bir də cümlələrin altından xətt çəkirmiş.
Bu, Hegelin tövsiyəsi idi.

Böyük filosof, pis şair

Fəlsəfə, tarix, hüquq və bir çox dilləri öyrənib. Belə bir adam şer yazırmışmı?

Yazıb. O, pis şair idi, əlbəttə, özü də bilirdi bunu. Gəncliyində yazdığı şeirlərini, xüsusilə sevdiyi xanımı Cenni barədə yazılanları məhv etməyib. Bu şerləri Cenni ilə birlikdə oxuyub gülərmişlər qocalıqlarında.

Hafizəsi güclü idi. Heynrix Heynenin, Goytenin misralarını əzbər bilirdi.

Danteni və Robert Börnsı sevirdi.

Üç Avropa dilində – ingilis, fransız və rus dilində danışırdı. Rus dilini daha sonralar mənimsəyib və böyük rus şairi Puşkini, Qoqolu öz dillərində oxuyub.

Balzaka xüsusi ehtirası vardı. Bu fransız yazıçısıdan başqa heç kim aristokratiyanın iyrənc işlərini yaxşı yaza bilmirdi deyə.

Amma ailəlikcə Şekspirin heyranı idilər.

Fildinqin “Tom Cons” romanını sevdiyini öyrəndikdə, sevinmdim, gəncliyimdə mən də bu romanı oxumuşam.

Marksın gülməli hekayələr, macəra romanlarını sevməsi çox maraqlıdır.

Riyaziyyatla dincəlmək
Kürəkəni Lafarqa orijinal istirahətinin riyaziyyat olduğunu söyləyib. Yalnız istirahət deyil, həm də Cenninin xəstəliyi dövründə kədərini unutmaq üçün riyaziyyata sığınıb.

Qızları ilə birlikdə oyun oynayırmış. Kağızdan hazırlanmış müharibə gəmiləri düzəldirmişlər…

“Kapital”ı böyük alim Çarlz Darvinə həsr etmək istəyib. Lakin Darvin dindar bacıları ucbatından bu təklifi rədd edib. “Məni bacılarıma öldürtdürmək istəyirsən!?”

Tərcümə: Strateq.az

Darvini bacılarına öldürtdürmək istəyən Karl Marks"Kapital"la qazandığına bir qutu tütün də ala bilməyib - ARAŞDIRMA

  • 1-05-2018, 15:39
  • 724


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  7. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  10. Şənbə gününün hava proqnozu açıqlanıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI