Sərkisyan Qarabağ ermənilərini toplayır: İrəvana ordu girir?

Sərkisyan Qarabağ ermənilərini toplayır: İrəvana ordu girir?Qarabağ klanının Ermənistanda daxili siyasi məsələlərdə güc tətbiq etməyə hazırlaşdığı istisna edilmir.

Moderator.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq hesab edir ki, Ermənistanda gedən proseslərə Qarabağ klanının nəzarətində olan hərbçilərin cəlbi mümkündür:

“Birincisi, ermənilər Ermənistandakı daxili gərginliyi azaltmaq üçün həmişəki kimi bu dəfə də “Azərbaycan təhlükəsi” məsələsindən istifadə edəcəklər. İkincisi, Qarabağ klanına tabe olan qüvvələrin daxili siyasi proseslərdə istifadə oluna biləcəyini istisna etmirəm. 10 il bundan qabaq Sərkisyanın “seçilməsindən” sonra ölkədə gərginlik yaşandı və nümayişçilərə qarşı güc tətbiq olundu. Hətta bəzi mənbələrdən o da məlum oldu ki, məhz Qarabağdan gələn qüvvələrin və silahlı dəstələrin Ermənistanda nümayişçilərə qarşı güc tətbiq etməsi nəticəsində dinc aksiyaçılar öldürüldü. Bu təcrübə mövcuddur və hesab edirəm ki, yenidən Dağlıq Qarabağ qondarma qurumu daxili siyasi proseslərə cəlb oluna bilər”.

Politoloq Ermənistanda nümayişçilərə qarşı güc tətbiq olunacağı təqdirdə ölkədə bir çox hadisələrin baş verəcəyini deyib: “Təbii ki, bu qanlı ssenarinin ikinci dəfə təkrarlanmasının nəticələri də çox ağır olacaq”.

T.Zülfüqarov Nikol Paşinyanın Respublika Partiyasının ona dəstək verəcəyi ilə bağlı son bəyanatı ilə bağlı deyib ki, Ermənistanda baş nazirin seçkilərlə müəyyənləşəcəyinə inanmır:

“Hər halda, təzyiqlərin baş verəcəyi istisna edilmir və bu fonda seçkilər günü parlamentin qarşısında böyük bir izdihamın yaşanacağı gözləniləndir. Respublika Partiyasının seçkilərdə Paşinyanı dəstəkləyib-dəstəkləməyəcəyini demək olduqca çətindir. Vəziyyət gərgin olaraq qalır”.

Politoloq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İrəvanla bağlı növbəti soyuqqanlı yanaşmasının səbəblərinə də aydınlıq gətirib:

“Rusiya soyuqqanlı davranır və bunun səbəbləri ayrıdır. Moskva artıq İrəvana marağını itirir. Hərbi, iqtisadi cəhətdən Ermənistan Rusiya üçün heç bir önəm kəsb etmir. Ona görə Rusiya tərəfindən Ermənistana açıq soyuqqanlılıq nümayiş olunur. Bu fonda ABŞ və Rusiyanın bəyanatları da üst-üstə düşür: yəni bu, Ermənistanın daxili məsələsidir və konstitusiya çərçivəsində həll edilməlidir”.

Xeberdar.net

Sərkisyan Qarabağ ermənilərini toplayır: İrəvana ordu girir?

  • 5-05-2018, 10:11
  • 336


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ
  2. Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayanıb.
  3. Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb
  4. Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək
  5. "Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"
  6. Ukraynanın türk PUA-sına ümidləri:RUSİYALI EKSPERT BƏDBİN PROQNOZLARI İLƏ DONBASDA "QARABAĞ SSENARİSİ"Nİ ŞÜBHƏYƏ ALIR
  7. Sabah hava necə olacaq? –Proqnoz
  8. Gənclər və idman naziri Azad Rəhimov komaya düşüb
  9. Korrupsiyaya qarşı Mübarizə idarəsi əməkdaşları Salyan və Masallıda əməliyyat keçirdi. - SAXLANILANLAR VAR!
  10. DİN SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI