Azərbaycanda məşhur narkotik alverçisi tutuldu - Axundun oğlu imiş

1 741 10-05-2018, 23:32 kriminal / gundem


Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şimalda məşhur narkotik alverçisi “Çukkuş” ləqəbli, Xaçmaz rayon, Xudat şəhər sakini Baloğlanov Ceyhun Əhmədağa oğlu saxlanılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, onu külli miqdarda narkotik satışını həyata keçirərkən saxlayıblar.

Azərbaycanda məşhur narkotik alverçisi tutuldu - Axundun oğlu imiş
Onu da qeyd edək ki, “Çukkuş” ləqəbli bu şəxs uzun illərdir ki, şimal bölgəsində böyük narkoplantasiyaların bağbanı kimi tanınsa da, onu faktiki olaraq “iş başında” yaxalamaq mümkün olmayıb.

Maraqlıdır ki, hazırda barəsində 3 ay həbs-qətiimkan tədbiri seçilən narko-dilerin atası Əhmədağa Baloğlanov da Xudat şəhərinin axundudur.

Xatırladaq ki, bir müddət əvvəl də “Çukkuş”un yaxın qohumu Şükürov Tural Vaqif oğlu da yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli əməllərə cəhd etdiyinə görə həbs edilib.
Azərbaycanda məşhur narkotik alverçisi tutuldu - Axundun oğlu imiş

Xeberdar.net

XƏBƏR LENTİ