“Qaçqınkom”un yeni sədri məcburi köçkünlərlə görüşdü –Acınacaqlı şərait Rövşən Rzayevi heyrətləndirdi (FOTOLAR)

“Qaçqınkom”un yeni sədri məcburi köçkünlərlə görüşdü –Acınacaqlı şərait Rövşən Rzayevi heyrətləndirdi (FOTOLAR)
Mayın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında bir neçə yataqxana və inzibati binalarda məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Komitədən Xeberdar verilən məlumata görə, Dövlət Komitəsinin sədri məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub.

Prezident İlham Əliyevin hər zaman qaçqın və məcburi köçkünləri diqqətdə saxladığını vurğulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, onların həyat şəraitinin daha da yaxşılaşdırılması yönündə ölkə başçısı tərəfindən davamlı olaraq böyük işlər görülür.

O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını diqqətə çatdırıb.

Bildirib ki, öncə qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələli şəkildə həll ediləcək.

R.Rzayev digər rayonlarda da məcburi köçkünlərlə bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, Nərimanov, Binəqədi və Xətai Rayon İcra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

“Qaçqınkom”un yeni sədri məcburi köçkünlərlə görüşdü –Acınacaqlı şərait Rövşən Rzayevi heyrətləndirdi (FOTOLAR)
“Qaçqınkom”un yeni sədri məcburi köçkünlərlə görüşdü –Acınacaqlı şərait Rövşən Rzayevi heyrətləndirdi (FOTOLAR)
“Qaçqınkom”un yeni sədri məcburi köçkünlərlə görüşdü –Acınacaqlı şərait Rövşən Rzayevi heyrətləndirdi (FOTOLAR)

“Qaçqınkom”un yeni sədri məcburi köçkünlərlə görüşdü –Acınacaqlı şərait Rövşən Rzayevi heyrətləndirdi (FOTOLAR)

  • 11-05-2018, 22:09
  • 216


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI