Aİ İran neftinin dəyərini avro ilə ödəyəcək – Dollardan imtina?…

676 16-05-2018, 16:31 dunya

Aİ İran neftinin dəyərini avro ilə ödəyəcək – Dollardan imtina?…
Avropa İttifaqı (Aİ) İran neftinin dəyərinin ödənilməsi prosesində dollardan avroya keçmək niyyətindədir. Bu barədə Brüsseldəki diplomatik mənbə xəbər verib.

Bundan əvvəl məlum olub ki, «avroüçlük» – Fransa, Almaniya, Britaniya və İran Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüvə sazişindən çıxmasına cavab olaraq, iqtisadi əlaqələrin dəstəklənməsi və möhkəmlənməsi proqramının işlənib hazırlanması barədə razılığa gəlib. Bu barədə Avropa diplomatiyasının başçısı Federika Moqerini xəbər verib.

İlk növbədə söhbət neft, qaz və neft məhsulları ilə ticarətin davam etdirilməsindən, effektli bank tranzaksiyalarından, aviasiya, dəniz və yerüstü nəqliyyat sahələri üzrə İranla təmasların davam etdirilməsindən və ixrac kreditlərinin verilməsindən gedir.

Praktik qərarların hazırlanması yaxın həftələrə planlaşdırılır. Mayın 19-20-də energetika və iqlim üzrə avrokomissar Migel Arias Kanetenin İrana səfəri gözlənilir.

Avrokomissarın məlumatına görə, səfərin məqsədi nüvə sazişinin saxlanmasına sadiqliyin nümayişi çərçivəsində «energetika üzrə əməkdaşlığın müzakirə olunmasından» ibarətdir./AzPolitika.info/

XƏBƏR LENTİ