Daha bir ABŞ məktəbində silahlı insident baş verib, ölən və yaralananlar var

704 19-05-2018, 08:40 dunya

Daha bir ABŞ məktəbində silahlı insident baş verib, ölən və yaralananlar var
ABŞ-ın Corciya ştatında məktəbdə atışma olub.

APA-nın məlumatına görə, bu barədə “WXIA-TV” xəbər verib.

Hadisə Atlanta şəhəri yaxınlığında, məzunlarının buraxılış mərasimində qeydə alınıb. İnsident nəticəsində güllə yarası alan 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib.

Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, daha 10-u yaralanıb.

XƏBƏR LENTİ