Tanınmış vəkil özünə bəraət aldı! - Adəm Məmmədovla bağlı cinayət işinə xitam verildi

748 23-05-2018, 19:00 cemiyyet

Tanınmış vəkil özünə bəraət aldı! - Adəm Məmmədovla bağlı cinayət işinə xitam verildi
Tanınmış vəkil Adəm Məmmədovla bağlı qaldırılan cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bu barədə vəkil Adəm Məmmədov öz “facebook” səhifəsində məlumat verib. Vəkil bildirib:

“Növbəti möhtəşəm qələbə! Hazırkı qələbə digərlərindən daha çox fərqlənir. Belə ki, bu dəfə öz barəmdə Azərbaycan Respublikası CM-nin 289-cu maddəsi ilə (məhkəməyə hörmətsizlik) başlanılmış cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum. Uzun çəkən mübarizəm və prinsipial mövqeyim uğurlu nəticələndi.Cinayət işinin başlanmasına səbəb 29.06.2015-ci il tarixdə guya “Gündəlik Bakı” qəzetinin şantajist baş redaktoru Habil Vəliyevi döyməyim olmuşdur. Habil Vəliyev ləğv edilmiş MTN-də vaxtı ilə həmin dövürdə yüksək vəzifə tutan havadarlarının köməkliyilə mənim həbs olunmağıma az qala nail olmuşdur.

Hətta barəmdə məcburi gətirilmə qərarı belə çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə naziri Fikrət Məmmədov məni qəbul etdikdən sonra barəmdə aparılan qərəzli cinayət işinin icraatı bu yaxınlara kimi dayandırılmışdır. Ən dəhşətlisi isə vaxtilə birlikdə çalışdığım (paqon yoldaşlarım) və Yasamal rayon İcra Şöbəsinin əməkdaşları göstəriş əsasında əleyhimə ifadə verməkləri idi. Yasamal Rayon Məhkəməsinin rəhmətlik hakimi Mətanət Qasımovanın ədalətli və cəsarətli mövqey nümayiş etdirməsi bəzi üzə duran əməkdaşların pis niyyətlərinin həyata keçməsinin qarşısını aldı. Bir vəkil kimi bu mübarizə məni dahada möhkəmlətdi.

Bu ədalətli qərarın qəbul edilməsi üçün AR Ədliyyə naziri cənab Fikrət Məmmədova dərin təşəkkürümü bildirirəm!”

Xeberdar.net

XƏBƏR LENTİ