AXC-nin dövlət bayrağı hökumətə təqdim olundu - FOTO

862 24-05-2018, 13:24 gundem

AXC-nin dövlət bayrağı hökumətə təqdim olundu - FOTO
Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağı Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub.

Xeberdar.net AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən baş nazir Novruz Məmmədov dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.

Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib.

AXC-nin dövlət bayrağı hökumətə təqdim olundu - FOTO
AXC-nin dövlət bayrağı hökumətə təqdim olundu - FOTO

XƏBƏR LENTİ