Dənizdən meyiti tapılan yeniyetmələrin kimliyi müəyyənləşib –FHN

787 25-05-2018, 11:01 hadise

Dənizdən meyiti tapılan yeniyetmələrin kimliyi müəyyənləşib –FHN
24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.

Nazirliyin saytının yaydığı xəbərə görə, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlu olması müəyyənləşib.

Xeberdar.net

XƏBƏR LENTİ