Çay ilə “yola getməyən” 3 məhsul: Limon, süd və şəkər…

1 570 28-05-2018, 00:20 maraqli

Çay ilə “yola getməyən” 3 məhsul: Limon, süd və şəkər…
Çin alimləri bu qənaətə gəliblər ki, çay, tərkibindəki antioksidantların miqdarına görə çox faydalıdır.
Xeberdar.net məlumat verir ki, bununla belə, bir faktı da nəzərə almaq lazımdır ki, heç də bütün məhsullar çay ilə uzlaşmır.

Bir sıra məhsullar çaya qarışması zamanı öz xassələrini itirir.

Dietoloqlar şəkəri, balı, südü və limonu bu məhsullara aid edir.

Limon

Səciyyəvi olan odur ki, problem yaradan çayın temperaturudur – limonun bütün faydalı maddələri qaynamış suda sadəcə dağılır.

Süd

Süd çayın özündə antioksidantların səviyyəsini aşağı salır.

Şəkər

Şəkər və çay, ümumiyyətlə pis uzlaşırlar – karbohidratlar problem yaradır.

Bir tədqiqat göstərib ki, çay birbaşa kreativliyə təsir edir, belə ki, tərkibində kofein var. O, konsentrasiyanı artırmağa qadirdir, amma tez təsir etmir. Buna görə də tədqiqatçılar çayın müsbət təsirini onunla bağlayırlar ki, çayın sayəsində əhval-ruhiyyə yüksəlir.

XƏBƏR LENTİ