Şura “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili”nə dəstək verir

751 29-05-2018, 15:25 cemiyyet

Şura “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili”nə dəstək verir
Bakı şəhər N. Babayev adına 144 saylı tam orta məktəbdə “Şərqdə doğan ilk günəş” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Xeberdar.net-ə daxil olan məlumata görə, tədbir “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili” layihəsi çərçivəsində təşkil olunub.

qhtxeber.az-a daxil olan məlumata görə, Dövlət himni səsləndirildikdən sonra məktəbin direktoru Həcər Mahmudova çıxış edib, qonaqları, müəllim və şagird kollektivini salamlayıb, həyata keçirilən layihənin tarixi əhəmiyyətindən danışıb.

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli çıxışında Azərbaycan tarixində Cümhuriyyət qurucularının rolundan söhbət açıb, şagirdlərə onların fəaliyyətini öyrənməyi və dövlətimizi sevməkdə onlara oxşamağı tövsiyə edib.
Şura “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili”nə dəstək verir
Tədbir məktəb şagirdlərinin çıxışları ilə davam etdirilib, Azərbaycan Cümhuriyyəti tarixinə aid slaydlar göstərilib, Cümhuriyyət qurucularının həyatı, fəaliyyətləri haqqında geniş məlumat verilib. “Tariximizə sahib çıxaq” İctimai Birliyinin sədri Araz Şamilov keçirilən tədbirin əsas məqsədlərinə toxunub, Cümhuriyyətin tariximizdə oynadığı məqamlardan bəhs edib.

Tədbirin sonunda layihə çərçivəsində məktəbdə keçirilən bilik yarışmasının qaliblərinə və çıxışları ilə fərqlənən şagirdlərə “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən diplomlar təqdim olunub.

XƏBƏR LENTİ