REAL-çılar arasında həbslər davam edir - 4 nəfər saxlandı, daha 7-si polisə çağırılıb

930 30-05-2018, 22:57 siyaset

REAL-çılar arasında həbslər davam edir - 4 nəfər saxlandı, daha 7-si polisə çağırılıb
“ReAL” hərəkatının fəalı Ərəstun Baxşəliyev mülki qaydada 30 sutkalıq həbs cəzası alıb. Onu polisə tabe olmamaqda ittiham ediblər. Xeberdar.net məlumat verir ki, bu barədə “Turan”a “ReAL” məclisinin üzvü Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, hərəkatın daha 7 fəalı polis şöbələrinə çağırılıb.

Nizami Rayon Məhkəməsi REAL Partiyasının fəalı Nəriman Mücahid İsmayılı 30 sutka inzibati həbsə məhkum edib. Bu barədə “Turan” məlumat yayıb.
Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) ittiham edilib.

Bunlardan əlavə, mayın 30-da REAL Partiyasının fəalı Elmir Həmzə məhkəmənin qərarı ilə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 25 sutka həbsə məhkum edilib. Bu barədə Turan-a REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.

Partiyanın daha bir fəalı Ərəstun Baxşəliyev hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb. Pattiyanın daha iki fəalı da polisə çağırılıb.

REAL Partiyasının Məclis üzvü Azər Qasımlı mayın 29-da polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Yasamal Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs edilib.

Fəalların həbsi REAL Partiyası fəallarının mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı istiqlaliyyət küçəsindəki abidənin önündə nümayiş keçirdikdən sonraya təsadüf edir.

XƏBƏR LENTİ