Xərçəngə düçar olmuş 36 yaşlı milyarder ÖLÜMQABAĞI İNSANLARA NƏ VƏSİYYƏT ETDİ?

2 113 1-06-2018, 09:58 maraqli / video

Xeyirxah işlər görməyə tələsin, çünki bəzən ölüm gözlənilmədən –xəbərdarlıq etmədən gəlir...”
Xərçəngə düçar olmuş 36 yaşlı milyarder ÖLÜMQABAĞI İNSANLARA NƏ VƏSİYYƏT ETDİ?
Bu həftə həyatın mənasını onkoloji xəstəlikdən sonra dərk etmiş avstraliyalı gənc bir müsəlman milyarder dünyasını dəyişib.

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
Əli Banat 33 yaşınadək sırf dünyəvi həyat yaşayıb. Uğurlu bir iş adamı olaraq özü üçün hər cür təmtəraq yaradıb. Gənc adam hədsiz bahalı avtomobillərini, çoxsaylı “Louis Vuitton” brend ayaqqabılarını, evinin lüks mühitini və elit aksesuarlarını nümayiş etdirməkdən çəkinməyib.
Hər şey yalnız 3 il öncə, Əlinin cinsi orqanlarında 4-cü mərhələdə xərçəng xəstəliyi aşkar edildikdə dəyişib. O vaxtdan bəri bu zəngin gənc həyatında radikal çevriliş edib. O, sərvətlərini xeyriyyəçiliyə sərf etməklə “Bütün dünya müsəlmanları” xeyriyyə fondunu (MATW) yaradıb.

Əli xeyirxah layihələrini həyata keçirmək öz təşkilatı ilə üçüncü dünya ölkələrinin çoxuna, o cümlədən Toqo, Qana və Burkina Faso kimi ölkələrə səfər edib. Bu gənc müsəlmanın pulları sayəsində Afrikada 200 dul qadın üçün kənd salınıb, məscid, yetim uşaqlar üçün məktəb, xəstəxana və s. tikilib.

Əli xərçəng xəstəliyini həyatın əsl mənasını anlaması üçün “Allahın ona göndərdiyi hədiyyə” adlandırıb. Ölümündən öncə 36 yaşlı bu milyarder müsəlman artıq tam haldan düşmüş vəziyyətdə öz həyat təcrübəsi əsasında dindaşlarına nəsihətlər etdiyi video-müraciət yazdırıb. Həmin müraciəti o, ölümündən sonra yaymağı vəsiyyət edib. Əli insanları, xüsusilə, həyatda yaxşı işlər görmək üçün tələsməyə çağırıb. Çünki hər kəsin onun kimi ölümə hazırlıq vaxtı olmur, insanların bir qisminə ölüm gözlənilmədən -xəbərdarlıq etmədən gəlir... /moderator.az


XƏBƏR LENTİ