Tamilla Qulami: "Qoy, hər sabah mələklərin çiçəklərlə bəzədiyi yuxulardan doyunca ayrılsın bəbəklər..."

1 508 1-06-2018, 13:13 gundem

Tamilla  Qulami: "Qoy, hər sabah mələklərin çiçəklərlə bəzədiyi yuxulardan doyunca ayrılsın bəbəklər..."
Bəlkə də hər sabah mələklərin çiçəklərlə bəzədiyi yuxulardan bir cocuq güllə səsinə oyanır...
Bəlkə də hər sabah məktəbə gecikən övladına tələsik simit yedirən ananın əllərində dolaşır bir cocuğun baxışları...
Bəlkə də hər sabah məktəb pəncərələrində bir cocuğun oxumaq həsrəti sarmaşır...
Bəlkə də hansısa xəstəxana küncündə parası olmadığı üçün bir ana həkimlərin laqeyd qaldığı balasından ayrı düşür...
Bəlkə də hər sabah oyuncaq dükanından bir cocuğun barmaq izlərini silir təmizlikçi qadın...
Bəlkə də hər sabah...
Bəlkə...
Amma qoy, hər sabah mələklərin çiçəklərlə bəzədiyi yuxulardan doyunca ayrılsın bəbəklər...
Hər sabah, hər gün bütün cocuqların qarınları tox olsun...
Hər sabah çocuqlar məktəbə gecikməmək üçün gecələri rahat uyusun...
Xəstəxana küncü olmasın dayaq yeri hər sabah cocuqların anasının...
Barmaq izlərinin dolaşdığı oyuncaq dükanında hər cocuq oyuncağına qovuşsun...
Cocuqlar ağlamasın, cocuqlar ölməsin!... Çocuqlar ölərsə, vicdan ölər, ruh ölər içimizdə.
Cocuqlar ölərsə, atalar ölər, analar ölər...
Cocuqlar ölərsə, içimizdə mən ölər...
Şairin dediyi kimi, "ölüm varsa əgər, o qədər ölək ki, sizlərə heç ölüm qalmasın..."
Siz hep mutlu olun, çocuqlar, hər şeyin ən gözəlinin sizin olması üçün Allah bizə güc, səbr, sevgi, cəsarət versin...
Siz olun...
Hep olun...
Siz varsanız, biz varız...
Tamilla  Qulami: "Qoy, hər sabah mələklərin çiçəklərlə bəzədiyi yuxulardan doyunca ayrılsın bəbəklər..."
Bəli. Onlar zəif görünə bilərlər, zəifdirlər, hər zaman yardıma ehtiyacları var. Həm də o qədər böyükdürlər ki, bütün pisliklərdən, sevgisizliklərdən bir tək qaçıb sığınacağımız yer onların mini-minnacık əlləri, isti yanaqlarıdır, sevgi, mərhəmət dolu qəlbləridir.
Tanrım bütün balaları qorusun. Olmayanlara qismət eləsin bu müqəddəs duyğunu!
Bütün xəstəliklərdən uzaq olsunlar.
Heç bir valideyn bala acısı görməsin.
Tanrı heç bir valideyni övladından ayrı salmasın.
Balalar, ilin bütün günləri sizindir. Nə yaxşı ki, siz varsınız. Siz var olduğunuz üçün varıq biz...
Gününüz qutlu olsun!

XƏBƏR LENTİ