“AZER YAPI MARKET” MMC cinayətkarın cəzalanmasını tələb edən iki körpə uşaq atasını işdən çıxardı-VİDEO

1 526 8-06-2018, 13:12 siyaset / cemiyyet / gundem

“AZER YAPI MARKET” MMC cinayətkarın cəzalanmasını tələb edən iki körpə uşaq atasını işdən çıxardı-VİDEO

A.İbrahimov: " mənə dedilər ki, ya şikayətini geri götürəcəksən,ya da işdən çıxacaqsan

“AZER YAPI MARKET” MMC-nin ölümcül döyülən işçisi, iki körpə uşaq atası Abbas İbrahimov işdən çıxarılıb. İşdən çıxarılmasına səbəb isə onun döyülməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməsi olub. Bu barədə saytımıza zərəçəkmişin özü məlumat verib.

Qeyd edək ki, Xeberdar. net saytına “Evimiz Market”-in işçisi İbrahimov Abbas Akif oğlu videomüsahibə vermişdi. Müsahibədə A.İbrahimov şirkətin anbarında iş yoldaşı tərəfindən ölümcül döyüldüyünü, sonradan şirkət rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu,əsassız olaraq işdən çıxması üçün təzyiqlər edildiyini iddia etmişdi. Həmin video müsahibə 10 may 2018-ci il tarixdə, "Nehrəmlilərə çörək yoxdur"deyən şirkət rəhbəri keçmiş prokuror oğluna işçisini döydürüb” (Bu linkdə:My Webpage)başlığı ilə saytımızda dərc olunmuşdu.
Biz videomüsahibəni dərc etməmişdən əvvəl jurnalist etikasına uyğun olaraq məsələ ilə bağlı şirkətin drektoru Murad Muradaovla telefon vasitəsilə əlaqə saxlamışdıq. O,şirkətin daxili nizam-intizamına görə, telefonda açıqlama verə bilməyəcəyini, yazılı sorğu verməyimizi istəmiş və bizə elektron poçt ünvanını göndərmişdi. Xeberdar.net saytı rəsmi blankında Murad Muradovun elektron poçtuna sorğu göndərmişdi. Bir gün sonra isə Murad Muradov kağızda, möhürlənmiş formada sorğunu göndərməyimizin lazım olduğunu bildirmişdi. Redaksiya isə Murad Muradaovun vaxtı uzatmaq məqsədinin olduğunu hesab edərək məlumatı yayımlamış və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirmişdi.Lakin 2018-ci il iyunun 1-də sorğumuza cavab olaraq saytımızın elektron ünvanına “AZER YAPI MARKET” MMC-nin direktoru Muradov Murad Bağır oğlu tərəfindən cavab məktubu göndərilirmişdi. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasinin Qanunununa və jurnalist etikasına uyğun olaraq məktubu olduğu kimi oxucuların diqqətinə çatdırmışdıq. (Bu linkdə: My Webpage)
Şirkətin direktoru Murad Muradov A.İbrahimovun şirkətlə bağlı dediklərini təkzib etmiş, və qeyd etmişdi ki, A.İbrahimov döyüldüyü zaman xəstəxanaya yatırlıb, bütün xəstəxana xərclərini şirkət ödəyib, polisə zamanında məlumat verilib və lazımı materialların hamısı istintaqa təhvil verilib.Onun işdən çıxmasına səbəb isə nizam-intizama tabe olmamasıdır. Murad Muradovun təkzib məktubunu dərc etdikdən sonra zərəçəkmiş A.İbrahimov şirkətin açıqlamasında deyilənlərin yalan olduğunu bildirib və saytımıza yenidən müsahibə verib.
“Murad Muradaov yalan deyir.Xəstəxana məsrəflərini şirkət ödəsə də sonradan mən işə qaytdıqda həmin xərcin hamısını məndən alıblar,Cinayəti isə gizlətməyə çalışıblar. Bolisə onlar yox,3 gündən sonra mənim qonşum bildirib. Mən hüquq mühafizə orqanlarına şikayət etdiyim üçün qarşıma şərt qoyulub və təzyiq edilib.Ya şikayətini geri götürəcəksən,ya da işdən çıxacaqsan. Şikayətimi davam etdiyim üçün işdən çıxarılmışam.”-deyə A. İbrahimov xeberdar.net-ə bildirib.

A.İbrahimovun açıqlamasını oxuculara təqdim edirik:




Xeberdar.net

XƏBƏR LENTİ