PREZİDENT BİR RAYONA İCRA BAŞÇISI TƏYİN ETDİ, BİRİNİ ÇIXARDI – Sərəncam (Yenilənib)

1 039 6-06-2018, 16:10 cemiyyet

PREZİDENT BİR RAYONA İCRA BAŞÇISI TƏYİN ETDİ, BİRİNİ ÇIXARDI – Sərəncam (Yenilənib)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi barədə sərəncam imzalayıb. Sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:
Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, E. Allahverdiyevin uzun müddət bank sektorunda çalışdığı bildirilir. O, həmçinin Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb

Prezidentin bu gün imzaladığı digər sərəncamla Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.
PREZİDENT BİR RAYONA İCRA BAŞÇISI TƏYİN ETDİ, BİRİNİ ÇIXARDI – Sərəncam (Yenilənib)

XƏBƏR LENTİ