Göyçayda istirahət parkının satılması vətəndaşların etirazına səbəb olub-FOTO

1 632 8-06-2018, 23:34 siyaset / gundem

Göyçayda istirahət parkının satılması vətəndaşların etirazına səbəb olub-FOTO

Göycay rayonunun mərkəzində H .Əliyev prospektində yerləşən İstirahət parkının yaşilliq zonasi hələlik adı gizli saxlanılan sahibkara satılıb. Artıq həmin ərazidə tikinti işlərinə başlanılıb. Parkın ərazisinin satılması və həmin ərazinin cərcivəyə alinmasi rayon ictimayyətinin ciddi naraziligina səbəb olub. Bu barədə Xeberdar.net-ə Göyçaydakı etibarı mənbə məumat verib.
Məlumatda bildirilir ki, bu gün axşam saatlarında əraziyə tikinti materiallarının gətirilməsini görən vətəndaşlar ərazidə tolanaraq tikintiyə etiraz ediblər. Tikinti materialı gətirən idmançı görkəmli bir neçə şəxslə vətəndaşlar arasında mübahisə yaranıb. Vətəndaşlar yaşıllıq zonasının məhv edilməsinə və ərazidə tikinti aparılmasına imkan verməyəcəklərini bildiriblər.
İdmançı cüssəli şəxslər isə ərazini almaq üçün küllü miqdarda pul verdiklərini və tikintini davam etdirəcəklərini bildiriblər.
İnsanlarin əraziyə axışdığını, etirazların artdığını gorən həmin şəxslər ərazini tərk etmək məcburiyyətində qalıblar.Çox keçmədən əraziyə post paturul xidməti gəlib.Vətəndaşları dinləyiblər. Aidiyyatı qurumların rəhbərləri ilə əlaqə saxlanılıb və tikintinin həqiqətən qanunsuz aparıldığı təsdiqlənib.
Polis vətəndaşlardan dağılışmağı xahiş edib.
Məlumatda əlavə olaraq qeyd edilir ki,bütün baş verənlərin fonunda hələlik təhlükə sovuşmayıb və vətəndaşların ərazini nəzarətdə saxlaması davam edir.

Xeberdar.net

XƏBƏR LENTİ