Polis qüvvələri Tbilisinin mərkəzinə səfərbər olunub

736 11-06-2018, 20:52 dunya

Polis qüvvələri Tbilisinin mərkəzinə səfərbər olunub
Gürcüstanda parlament binasının qarşısında gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.

“Sputnik-Qruziya”ya xəbər verir ki, etiraz aksiyasi iştirakçılarının həbsi və etirazçıların qurduğu çadır düşərgəsinin sökülməsindən sonra Rustaveli prospektinə əlavə polis qüvvələri cəlb olunub.

Tbilisidə övladı öldürülmüş valideyn Zaza Saralidzenin təşəbbüsü ilə keçirilən etiraz aksiyası 12-ci gündür ki, davam edir. Parlament qarşısında keçirilən aksiyaya müxalifət partiyaları da dəstək göstərir.

Hazırda parlament binasının qarşısına onlarla insan toplaşıb. Onların arasında Vahid Milli Hərəkat, “Yeni Gürcüstan” partiyası və Milli-Demokratik partiyanın liderləri yer alır./Oxu.Az

XƏBƏR LENTİ