"Qum-çınqıl istehsalı zamanı hər kuba görə 0.50 azn kənd bələdiyyələrinin hesabına köçürülməlidir" - İmişlidə köçürülürmü?

1 251 12-06-2018, 10:28 bolge / gundem

"Qum-çınqıl istehsalı zamanı hər kuba görə 0.50 azn kənd bələdiyyələrinin hesabına köçürülməlidir" - İmişlidə köçürülürmü?
İmişli rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidovun qardaşı Həsən Zaidovunda Araz çayına yaxın ərazidə qum-çınqıl karxanası var.

Daş-qum karxanalarından alınan mədən vergisi həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin bələdiyyəsinin büdcəsinə köçürülməlidir. Əslində bu qanunun tələbidir. Lakin qanunlara əməl edilirmi? Əslində ilk baxışdan həmin ərazilərdə - konkret kəndlərdə kiçik istisnalar olmaqla, sovetlər dönəminin qalıqlarından başqa yeni nə isə yoxdur. Yuxarıda qeyd edilən kiçik istisnaların isə əsasən bələdiyyələrə aid deyil. Əgər kənddə poçt məntəqəsi tikilibsə, bu həmin qurumun tabe olduğu yuxarı orqanın əməyidir. Və ya kəndə su çəklibsə, sözsüz ki, bu işdən sorumlu qurumların təyinatı üzrə görməli olduqları işdir. Sözsüz ki, belə faktları kifayət qədər göstərmək mümkündür. Bəs elə isə xalq tərəfindən seçilən qurumun fəaliyyəti nədir? Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildirlirdi ki, rayon ərazisində kifayət qədər qum-çınqıl karxanaları mövcuddur. "İmişlidəki karxanaların sayı az qala ölkə boyu fəaliyyət göstərən belə təynatlı müəssisələrin sayına bərabərdir. Əgər qanunlrın tələb etdiyi formada, qum-çınqıl istehsalı zamanı hər kubdan alınmalı olan 0.50 azn kənd bələdiyyələrinin hesabına köçürülərsə və həmin vəsait təyinatı üzrə xərclənərsə, o pulla nəinki bir, hətta bir neçə kəndi abadlaşdırmaq olar." Bu sözləri Conflict.az-a məlumatı verən mənbə bildirdi. Bəs elə isə paytaxtda 1 kubu 16 azn-ə satılan qumun və ya çınqılın çıxarılması zamanı kənd bələdiyyəsinin büdcəsinə köçürülməli olan vəsait hara yönləndirilir? Mənbənin bildirdiyinə görə sakinlərin müraciətinə davamlı olaraq "büdcədə vəsait yoxdur " - cavabı verən həmin kəndlərin bələdiyyə sədrləri əslində karxana sahibləri ilə qeyri-rəsmi aylıq anlaşma imzalayırlar. Yəni büdcəyə köçürülməli olan vəsait hansısa sədrin və karxana sahibinin cibinə gedir. Və ya gözdən pərdə asmaq amacıyla o qədər simvolik rəqəm müəyyən edirlər ki, bələdiyyə sədrinin təbirincə desək həmin vəsait yox kim olur. Mənbənin bildrdiynə görə İmişlidəki karxanalarla bağlı da durum belədir. Əslində bu məsələnin araşdırılması, real rəqəmlərin ortaya çıxması bilavasitə Vergilər nazirliyinin ərazi idarələrinin işidir. Elə isə nədən bu vaxta qədər bu istiqamətdə aparılan araşdırmaların nəticəsi olan bir məlumat belə ölkə mətbuatına verilməyib? Mənbənin bildirdiyinə görə İmişli rayon ərazisində fəaliyyət göstərən onlarla bu təyinatlı karxanaların fəaliyyəti ədalətlə araşdırılarsa, o zaman fərqli nüanslar ortaya çıxar. Yəni xalqa məxsus olan elə xalqında ixtiyarına verilər. Axı hər cari ildə ölkə Prezidenti cənab İlham Əliyev kənd yollarının və ya digər infrastrukturların yenilənməsi üçün milyon manatlarla vəsait ayırır. Olmazmı ki, həmin vəsaitin hamısı və ya bir hissəsi məhz yeraltı sərvətləri olan kənd bələdiyyəlrinin büdcəsindən ayrılsın? Görünür bu bəzi işbazlara sərf etmir. Əslində bu sabotajdır. Ölkə başçısının daxili siyasətinə yönəlik sabotaj. "Qum-çınqıl istehsalı zamanı hər kuba görə 0.50 azn kənd bələdiyyələrinin hesabına köçürülməlidir" - İmişlidə köçürülürmü?
Məlumatda o da qeyd edilir ki, İmşlidəki daş karxanalarının sahiblərinin vergi ilə bağlı fəaliyyətlərinə nəzarət edən qurum 8 saylı ərazi vergilər idarəsidir. Görəsən bir redaksiyanın araşdırmasını həmin qurum illərdir nədən həyata keçirmir? Axı dövlət vəzifələri xalqa xidmət etmək üçündür. Bunu ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib. Seyriçilik, biganəlik və ya məqsədlilik isə xidmət deyil. Yararlanmadır. Bu isə qanun pozuntusu, hətta cinayətdir.
Mənbəni bildirdiyinə görə İmişli rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidovun qardaşı Həsən Zaidova məxsus Araz çayına yaxın ərazidə qum-çınqıl karxanası fəaliyyət göstərir. Deməli cənab hüquqşünas şöbə müdiri qum-çınqıl karxanalarının fəaliyyətindən və onların fəaliyyətini istiqamətləndirən qanunlardan xəbərdardır. Bəs elə isə...
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

XƏBƏR LENTİ