“Məktəbəqədər təhsil müəssisələrində kadrlar psixoloji testdən keçirilməlidir”

649 13-06-2018, 12:46 gundem

“Məktəbəqədər təhsil müəssisələrində kadrlar psixoloji testdən keçirilməlidir”“Dünyanın bir çox ölkələrində bizdən fərqli olaraq uşaq bağçalarında qadınlarla yanaşı, kişilər də işləyir və bunun çox müsbət nəticələri var”

Bir neçə gün öncə Bakıda “Kids studio” bağçasında uşaqlara qarşı müəllimələr tərəfindən kobut rəftarı özündə əks etdirən görüntülər yayıldıqdan sonra insanlarımız bu hadisəni etriazla qarşıladılar. Bu gün uşaqlarını bağçaya qoyan valideynlər buna görə narahat olduqlarını bildirdilər. Bəs belə müəllimələr uşaq bağçasına işə qəbul olunarkən hansısa yoxladaman keçibmi? Niyə müəllimələr uşaq bağçalarında uşaqlara qarşı bu cür davranırlar?

Moderator.az -ın suallarını cavablandıran psixoloq Elnur Rüstəmov bildirdi ki, müəllimələr mütəmadı olaraq yoxlamadan keçməlidirlər:

“Birinci növbədə belə müəllimələrin psixoloji durumu haqda nəsə demək üçün onlar xüsusi yoxlamadan keçirilməlidir. Bunlar təsdiq olunandan sonra belə insanların hansı psixoloji problemi olması haqda rəy vermək olar. Amma şifahi olaraq nəsə demək mümkün deyil. Hər-halda bunu edən insanın psixoloji narahatçılığı var. Uşaqlara qarşı bu cür şiddət göstərmək yolverilməzdir. Bu gün bütün dünyada uşaqlara qarşı şiddətə “yox” deyilir. Çünki bu cür hallarda uşaqlar travma alırlar. Bunu etiraf edə bilərik ki, bu gün uşaqların psixoloji narahatçılığı çoxdur. Həkimlər çox sayda müraciətlər var. Sadəcə belə bir hadisənin baş verməsi onu gündəmə gətirdi ki, məktəbə qədər təhsil müəssisələrində kadrların seçilmə prosesində onlar psixoloji testdən keçirilsin. Bu insanlar mütəmadi olaraq treninqlərdə yoxlanılmalıdır. Çünki kadr bütün məsələlərdə aparıcı mövqe tutur”.

E.Rüstəmov bildirdi ki, hadisə digər valideynlərdə də travmaya səbəb oldu:

“Bu məsələ haqlı səs-küyə səbəb oldu. Əslində bu cür bir reaksiya olmasaydı, digərləri məsuliyyətli olmazdılar. Amma biz istəyərdik ki, bu məsələyə etiraz davamlı olsun, yəni bir-iki gün müddətindən sonra unudulmasın. Burda söhbət uşaqların sağlam boya-başa çatmasından gedir. Valideyn əziyyət çəkib işləyir və uşaq bağçasına pul verir. Digər tərəfdən bir çox ailələrdə bu məsələ travmaya səbəb oldu. İndi onlar narahatdırlar ki, uşaqlarına qarşı bağçada necə davranırlar. Bir çox dövlət və özəl bağçalarında onlayn izləmə prosesi var. Valideyn evindən asanlıqla övladını uşaq bağçasında izləyə bilər. Bu gün problemlərimiz var və ümidvaram ki, tədbirlər görüləcək. Hadisə bir daha onu da gündəmə gətirdi ki, uşaq bağçaları yerli İcra Hakimiyyətlərinin nəzdində qalsın, yoxsa yenidən Təhsil Nazirliyinə qaytarılsın. Bağçalarda qadınlardan başqa kişilərin də çalışması məsələsi gündəmə gələcək. Dünyanın bir çox ölkələrində bizdən fərqli olaraq uşaq bağçalarında qadınlarla yanaşı, kişilər də işləyir və bunun çox müsbət nəticələri var”.

Xeberdar.net

XƏBƏR LENTİ