“Onlayn media dövlət tərəfindən maliyyələşərsə…”- Əflatun Amaşov

“Onlayn media dövlət tərəfindən maliyyələşərsə…”- Əflatun Amaşov
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonun yaranandan sonra dövlət çap mediasına dəstək göstərir. Hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır. Elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Lakin məsələ öz həllini tapmayıb.

Saytların əhəmiyyətinin böyüklüyü, Azərbaycana qarşı informasiya müharibəsində rolu danılmazdır. Hazırda reklam bazarının hələ də tam formalaşmadığını nəzərə alsaq, saytların da maliyyə dəstəyinə ehtiyacı var.

Məsələyə Mətbuat Şurasının sədri Əflatun Amaşov münasibət bildirib.

Ə.Amaşov hesab edir ki, internet resurslarının dövlət tərəfindən maliyyələşməsinə ehtiyac var: “Bu gün ictimai fikir əsasən internet resursları vasitəsi ilə formalaşır. Artıq bu sahədə təcrübə mövcuddur. KİVDF qəzetləri maliyyələşdirir. Qəzetlərin də iqtisadi baxımdan problemləri var. Ümumiyyətlə, bu gün Azərbaycanda medianın reklamla, gəlir əldə etməsi ilə bağlı problemləri tam həll edilməyib. Ona görə də dövlət medianın bu vəziyyətini nəzərə alaraq, ona yardım edir. Bu yardım indiki şəraitdə yazı mətbuat vasitələrinə edilir. Artıq son illərdə bütün dünyada ictimai fikir daha çox onlayn media vasitəsi ilə formalaşır. Onlayn jurnalistika dünya mediasında önəmli yer tutur. Azərbaycanda da onlayn medianın sayı durmadan artır və ictimai fikir onlayn media vasitəsi ilə formalaşır. Belə bir məqamda Azərbaycan informasiya məkanında internet resurslarının rolu kifayət qədər artıb. Ancaq onun iqtisadi baxımdan problemləri həll də həll olunmayıb. Reklamı azdır, başqa gəlir sahəsi isə yoxdur. Belə olan halda onlayn jurnalistika gerçəkliyi obyektiv əks etdirirmi? Bu barədə düşünməliyik. Onlayn jurnalistika belədir ki, oraya kənardan müdaxilə etmək mümkündür”.

Mətbuat Şurasının sədrinin sözlərinə görə, onlayn jurnalistika dövlət tərəfindən maliyyələşərsə, daha müstəqil işləyər: “İstər ölkə daxilində olsun, istər ayrı-ayrı adamlar – məmurlar, iqtisadi, siyasi qruplar özləri üçün onlayn media yaradırlar və rəqibləri ilə mübarizə aparmaq üçün internet resurslarından istifadə edirlər. Onlayn jurnalistikanı asanlıqla ələ ala bilirlər. Eyni zamanda, xaricdən Azərbaycanla maraqlı olan qüvvələr də buna əl atırlar. Belə olan halda onlayn jurnalistika nə qədər ki, reklam vasitəsi ilə özünü maliyyələşdirə bilmir, mütləq yazılı mətbuat vasitələri kimi onlar da dövlət tərəfindən maliyyələşməlidir. Belə olan halda onlayn jurnalistika daha müstəqil olar, ayrı-ayrı qruplar, siyasi mərkəzlərdən, Azərbaycana maraqlı olan xarici təşkilatlardan asılı olmaz”.

Media eksperti, professor Qulu Məhərrəmli bildirir ki, hökumətin media materiallarının məzmununa qarışmamaq şərti ilə ona maliyyə ayırması yaxşı haldır(musavat.com).

“Onlayn media dövlət tərəfindən maliyyələşərsə…”- Əflatun Amaşov

  • 13-06-2018, 23:19
  • 488


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI