Dünya Çempionatı başladı: Rusiya millisi bu gün meydana çıxacaq –Oyunları hansı kanallar canlı verəcək?

2 790 14-06-2018, 09:10 idman

Dünya Çempionatı başladı: Rusiya millisi bu gün meydana çıxacaq –Oyunları hansı kanallar canlı verəcək?
Bu gün Rusiyada futbol üzrə Dünya Çempionatı başlayacaq.

Xeberdar.net məlumat verir ki, çempionatın açılış oyunu Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında baş tutacaq.

Oyun Moskvadakı “Lujniki” arenasında Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.

Qarşılaşmanı argentinalı hakim Nestor Pitana idarə edəcək. Onun köməkçiləri eyni ölkədən Xuan Pablo Bellati və Hernan Maidana olacaq. Dördüncü hakim vəzifəsi isə braziliyalı Sandro Riççiyə verilib.

Qeyd edək ki, mundialın oyunları «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınıb. Bu isə o deməkdir ki, Azərbaycanda azarkeşlər dörd ildən bir keçirilən mötəbər turniri “Azərbaycan Televiziyası” və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı izləyə biləcəklər.

Bu kanallarla yanaşı, İTV də oyunları verəcək.

XƏBƏR LENTİ