Samux sakini iş yoldaşını qətlə yetirib

743 16-06-2018, 09:40 kriminal

Samux sakini iş yoldaşını qətlə yetirib

Samux rayonunda qətl hadisəsi baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.

Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

R. Məhərrəmov saxlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ