Səlim Müslümovun deputatla biznes ortaqlığı

Səlim Müslümovun deputatla biznes ortaqlığı

17 iyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq bu gün 70 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət zonasında yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bununla da cari ilin aprelindən başlayaraq ötən müddətdə nazirlik tərəfindən 670 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub. İstirahət günlərində əlilliyi olan şəxslər üçün idman yarışları, musiqili-əyləncəli tədbirlər, fizioterapevtik müalicə prosedurları, görməli yerlərə gəzinti turları təşkil olunur. Onlar istirahət mərkəzlərinə, eləcə də gəzinti turlarına xüsusi nəqliyyat vasitəsi ilə aparılıb-gətirilirlər. Ümumilikdə cari ildə ƏƏSMN tərəfindən 1000 nəfərdən çox bu təbəqədən olan vətəndaşın respublikanın füsunkar təbiətə malik guşələrində istirahətə göndərilməsi nəzərdə tutulub.
Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilən tədbirlər əlilliyi olan şəxslərin yaz-yay aylarında mənalı istirahətinin təşkilinə xidmət edir. (az.trend.az). Dövlətin qayğısına ehtiyacı olan kateqoriyaya daha çox Qarabağ müharibəsi əlilləri aiddir. Onların istirahətinin necə təşkil olunması ilə bağlı ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxladıq. O, bildirdi ki, əlillər üçün istirahət yerləri tender yolu ilə müəyyən olunur: “ Axırıncı dəfə belə tender fevral ayında olub”. Müxbirimizin “ Tender komissiyasında müharibə əlilləri təmsil olunurmu?” sualına mətbuat katibinin cavabı “ Bilmirəm” oldu. “Qarabağ müharibəsi əlilləri” cəmiyyətinin sədri Etimad Əsədov isə bildirdi ki, biz müharibə əlilləri tender komissiyasında iştirak etmirik. Etimad Əsədov Qafqaz Xəbər Agentliyinə onu da bildirdi ki, bu gün müharibə əlilləri və onların ailə üzvlərinin istirahətini müxtəlif QHT-lər təşkil edir: “ Bu istirahəti ƏƏSMN maliyyələşdirir. Bu yaxınlarda bir QHT Lənkəranda deputat Hadı Rəcəbliyə məxsus “Palıdlı” otelində bizim uşaqların istirahətini təşkil elədi”. Həqiqətənmi, ƏƏSMN əlillərin uşaqlarını Milli Məclisin üzvünə məxsus otelə göndərir..? Bu sualla ƏƏSMN-nin mətbuat katibi Elman Babayevə müraciət eləsək də cavab ala bilmədik.
Sözardı: AR Konstitusiyasının 85-ci maddəsinə görə MM üzvlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır.

Səlim Müslümovun deputatla biznes ortaqlığı

  • 18-06-2015, 13:41
  • 813


Oxşar mövzular
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI