Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirdi: bu binanı kim tikir?! - Video

971 18-06-2018, 19:46 video

Nəsimi rayonunda sakinlər etiraz aksiyası keçirdi: bu binanı kim tikir?! - Video
Nəsimi rayonu, 4-cü mikrorayon, Seyidzadə küçəsinin sakinləri 5 ədəd beşmərtəbəli binanın həyətində 16 mərtəbəli yeni bina tikilməsinə etiraz edirlər.

Bina sakini Elmira Rəhimovanın Axar.az-a verdiyi məlumata görə, göydələnin kim tərəfindən tikildiyi gizli qaldığı üçün problemin həllinə nail ola bilmirlər:

"Bu ərazidə yerləşən 5 binanın camaatı burada oturur, uşaqlarımız oynayır, qocalarımız dincəlir. Orda ev tiksələr, heç oturmağa da yer olmayacaq. Məlumat vermirlər ki, binanı tikən kimdir. Dərdimizi deməyə adam tapmırıq”.

O qeyd edib ki, yeni binanın tikilməsi digər yaşayış binaları üçün də təhlükədir:

"2 binanın arasında ev tikmək olar? Bunlar neçə ilin evləridir, 16 mərtəbə qazsalar, bizim evlər təhlükə altında qalacaq. Məhəllədə xeyir-şər evi var, onu da sökmək istəyirlər”.

Mövzu ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən Axar.az-a bildirdilər ki, həmin tikinti icra hakimiyyətinin razılığı ilə həyata keçirilir və qanunsuz heç nə yoxdur.

XƏBƏR LENTİ