Türkiyə F-35-ləri alacaq! – «ABŞ kompromisə getdi…»

636 20-06-2018, 17:51 cemiyyet

Türkiyə F-35-ləri alacaq! – «ABŞ kompromisə getdi…»
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu «NTV» telekanalına müsahibəsində bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin etirazlarına baxmayaraq, Türkiyə artıq cümə axşamı, iyunun 21-də F-35 qırıcılarının 2 təyyarədən ibarət ilk partiyasını alacaq.

«İki qırıcı iyunun 21-də bizə təhvil veriləcək» – deyə, Çavüşoğlu bəyan edib.

ABŞ-ın «Lockheed Martin Corporation» istehsalçı-şirkəti də F-35-lərin Türkiyə tərəfinə veriləcəyini təsdiqləyib. İlk iki təyyarənin verilməsi mərasimi iyunu 21-də, ABŞ-ın Fort-Uert şəhərində (Texas ştatı) baş tutmalıdır.

Ümumilikdə, Türkiyə ABŞ-dan 100 ədəd F-35 qırıcı təyyarəsi almaq niyyətindədir.

Bundan əvvəl xəbər verilmişdi ki ABŞ Konqresi tərəfindən qəbul olunmuş Pentaqonun 2019-cu büdcə ili üçün qanun layihəsi yeni nəsil F-35 təyyarələrinin Türkiyəyə verilməsinin bloklanmasını nəzərdə tutur. Bu qərar, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına ABŞ-ın etiraz reaksiyası hesab olunur.

Ekspertlərin fierincə, Vaşinqtonun F-35 qırıcı-bombardmançı təyyarələrin Türkiyəyə verilməsi barədə qərarı ondan xəbər verir ki, ABŞ kompromisə gedib və Rusiyadan S-400-lərin alınmasının qaçılmaz olduğu ilə razılaşıb. Bununla, ABŞ Türkiyənin silah bazarını itirmək istəmədiyini ortaya qoymuş olub. Bu fikiri Rusiyalı ekspert, dünya silah ticarətinin analizi Mərkəzinin direktoru İqor Korotçenko səsləndirib.

Ekspertin fikrincə, ABŞ Konqresinin hədə-qorxusuna baxmayaraq, F-35-lərin Türkiyəyə verilməsi ondan xəbər verir ki, Ankara Rusiyadan S-400 ZRK alınması məsələsində prinsipial mövqe nümayiş etdirib. «Bunun nəticəsində, ABŞ faktla barışmaq zorunda qalıb və qaçılmaz olsa da, hər-halda praqmatizm nümayiş etdirib. Nədən ki, Vaşinqton Türkiyəni NATO üzrə müttəfiq və Amerika silahının sifarişçisi kimi, sadəcə itirmək istəmir» – Korotçenko bildirib.

Ekspert qeyd edib ki, son ana qədər reallaşacağı şübhə altında olan F-35-lər üzrə sövdə digər dövlətlər üçün də bir siqnaldır ki, ABŞ-ın təzyiqləri altında Rusiya silahlarından imtina etməyə dəyməz.

«Vaşinqtonun şantajları arxasınca, mütləq deyil ki, bu və ya digər ölkəyə qarşı sanksiyalar gələcək – o halda ki, ölkə öz mövqeyini prinsipial olaraq qoruyur və ilk növbədə, özünün təhlükəsizlik maraqlarından çıxış edir. Türkiyə əyani surətdə sübut etdi ki, Rusiya ilə hərbi-texniki əməkdaşlıq ABŞ-la hərbi-texniki əməkdaşlığı – hətta söhbət NATO üzvü olan ölkədən getsə belə -istisna etmir» – deyə, Korotçenko qeyd edib.

S-400-lərdən söhbət açan Korotçenko qeyd edib ki, özünün unikal imkanlarına görə, bu gün həmin komlekslər dünyanın istənilən ölkəsinin dövlət suvereniyinin qarantı sayıla bilər. Öz təhlükəsizliyi barədə düşünən hər bir ölkə S-400 komplekslərinin alınması barədə götür-qoy etməlidir.


XƏBƏR LENTİ