100 MİLYON OĞURLAYAN BANKİR YAXALANDI – “Bandotdel”ə aparılıb (Yenilənib)

923 21-06-2018, 18:13 kriminal

100 MİLYON OĞURLAYAN BANKİR YAXALANDI – “Bandotdel”ə aparılıb (Yenilənib)
“GünayBank”ın hesablarından 100 milyon manat mənimsəyən bank idarə heyətinin sədr müavini Emin Zeynalov saxlanılıb. Bu barədə Haqqin.az saytı xəbər yayıb.

Bildirilir ki, Zeynalov DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Qeyd edək ki, Zeynalovun çırpışdırıdığı pulları ofşor zonasındakı banklara köçürdüyü bildirilir. E.Zeynalov ölkənin əri banklarından biri olan “GünayBank”ın departamentinə rəhbərlik edib. 2017-ci ilin aprelində o, GünayBank-ın idarə heyətinin sədr müavini vəzifəsinə irəli çəkilib.

Bankın əsas səhmdarı tanınmış biznesmen Mahmud Məmmədov və onun xanımı Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89,76 faizinə sahibdirlər. Mahmud Məmmədov bankın müşahidə şurasına rəhbərlik edir.

Qeyd edək ki, “GünayBank” ASC-də baş verən fırıldaqların Mahmud Məmmədovun xəbəri olmadan baş verməsi mümkünsüz sayılır.

Onu da qeyd edək ki, “AzPolitika.info”ya verilən məlumatda Emin Zeynalovun tanınmış bankir Zakir Zeynalovun oğlu olduğu bildirilir.

Xatırladaq ki, Zakir Zeynalov 1998-ci ildən 2000-ci ilə kimi Azərbaycan Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2000-ci ildən isə həmin bankın bazasında yaradılmı Birləşmiş Universal Səhmdar Bankım (BUSB) İdarə Heyətinin sədri vəzifəsində işləyib.

Sonradan bank sektorundan uzaqlaşan Zakir Zeynalov 2008-ci ilin aprel ayından 2012-ci ilin may ayına kimi “Finans Lizinq” ASC Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Hazırda elmi fəaliyyətlə məşğul olur.

XƏBƏR LENTİ