Saxta pasportla sərhəddən keçmək istəyən iki əcnəbi saxlanılıb –DSX-dan açıqlama

674 22-06-2018, 10:11 cemiyyet

Saxta pasportla sərhəddən keçmək istəyən iki əcnəbi saxlanılıb –DSX-dan açıqlama
Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 2 xarici vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınb.

Xeberdar.net bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

17 iyun tarixində “Bakı-Doha” reysinin rəsmiləşdirilməsi zamanı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının pasportundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurmuş, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdiqini tapıb.

19 iyun tarixində “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun həqiqiliyi şübhə doğurmuş, dərinləşdirilmiş yoxlama nəticəsində pasportun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəyyən edilib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.

Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir

XƏBƏR LENTİ