Daha bir universitetdə ara qarışdı: ADNSU-da etiraz aksiyası gözlənilir

Daha bir universitetdə ara qarışdı: ADNSU-da etiraz aksiyası gözlənilir Ziya Orucov: "Bunca özbaşınalığın, qanunsuzluğun qarşısı alınmasa, aksiya keçirmək məcburiyyətində qalacağıq”

"Azərbaycan Dövlət Akademiyasının adı dəyişdirilib Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırıldıqdan və Mustafa Babanlı bura rektor təyin ediləndən sonra keçmiş rektora və yaxınlarına rəhmət oxuyuruq”. Bunu universitetin bir qrup tələbəsi adından Ziya Orucov yazıb.

O qeyd edib ki, hazırda payız-qış imtahan sessiyasında tələbələrə qarşı geniş haqsızlıq kampaniyasına start verilib. "Universitetdə rüşvət alınmır, rüşvət yoxdur və s. kimi görüntü yaratmağa çalışan M.Babanlı imtahanlarda tələbələri kütləvi qaydada kəsməyə start verib. Çünki imtanadan kəsilən tələbə bir fənn üçün təhsil ocağına azı 150 manat köçürməklə, yay imtahanlarına kimi təqaüddən məhrum edilir. Semestr boyunca doğru-düzgün təhsil verə bilməyən müəllimlər indi tələbələrdən nəticə gözləyir. Universitetdə dərs deyən müəllimlərin təqribən yarısı yaşı 65-i keçən pensiyaçılardır”.

Ziya Orucov yazır ki, yaşlarının çox olmasından artıq səbr və enerjiləri tükənmiş qoca müəllimlərin kaprizlərinə dözmək mümkün deyil. "Həmin bu qocalar da imtahan gedişatına tələbələri qəsdən imtandan yayındırmaq üçün müxtəlif yollara qanunsuzluqlar edirlər. Vaxt tamam olmadan imtahan vərəqələrini tələbədən bizdən tələb edirlər. Tələbələrə qarşı ən böyük haqsızlıq və sözün əsil mənasında özbaşınalıq edən universitetin prorektorlarıdır. İmtahan gedişatında oğlan, qız fərq qoymadan tələbələrin ciblərini etikadan kənar qaydada yoxlayırlar. Biz özümüzü imtahanda yox, polis bölməsində hiss edirik. İmtahan nəticələri obyekiv hesablanmır. Universitetdə şəffavlığın təmin edilməsi, rüşvətxorluğa, özbaşınalığa son qoyulmasını yeganə yolu imtahanların əksər ali məktəblərdə kimi test üsulu ilə keçirilməsidir. Nədənsə yeni rektor şəffaf test üsulunu tətbiq etmir”.

Redaksiyamıza müraciət edən tələbə bildirib ki, onlar artıq baş verənlərdən beziblər və bu səbəbdən də dövlət başçısından kömək istəyirlər. "Belə davam edərsə, biz də aksiya keçirmək məcburiyyətində qalacağıq. Ümid edirik ki, dövlət başçısı məsələ ilə bağlı qəti göstəriş verəcək”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Xeberdar.net

Daha bir universitetdə ara qarışdı: ADNSU-da etiraz aksiyası gözlənilir

  • 26-01-2016, 18:46
  • 832


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  7. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  8. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI