Ötən il universiteti bitirib diplom ala bilməyən tələbələrin sayı açıqlanıb

Ötən il universiteti bitirib diplom ala bilməyən tələbələrin sayı açıqlanıb
Azərbaycanın ali təhsil müəssisələrindən bakalavriat səviyyəsi üzrə 2017-ci ildə məzun olan, lakin diplom ala bilməyən tələbələrin sayı açıqlanıb.

“Report”un məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, ötən il Azərbaycan universitetlərində 31 360 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 30 360-ı nəfəri bakalavr diplomu alıb.

Attestasiyasına buraxılanların 1000 nəfəri isə diplom ala bilməyib. Belə ki, ötən il təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 23 174 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 22 394 nəfəri bakalavr diplomu alıb, 780 nəfər isə diplom ala bilməyib.

Digər dövlət qurumlarının tabeliyində olan ali təhsil müəssisələrində ötən il 4 672 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 4 504 nəfəri bakalavr diplomu alıb, 170 nəfər isə diplom ala bilməyib.

Özəl ali təhsil müəssisələrində 3 533 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 3 378 nəfəri bakalavr diplomu alıb, 155 nəfər isə diplom ala bilməyib.

Rusiya Federasiyasının ali təhsil müəssisələrinin Bakı filialları ötən il 85 nəfər yekun dövlət attestasiyasına buraxılıb, onlardan 84 nəfəri bakalavr diplomu alıb, 1 nəfər isə diplom ala bilməyib.

Ötən il universiteti bitirib diplom ala bilməyən tələbələrin sayı açıqlanıb

  • 23-06-2018, 10:48
  • 423


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI