DTX-nın həbs etdiyi şəxsin məhkəməsi – Hakim özü-özünə etiraz etdi

DTX-nın həbs etdiyi şəxsin məhkəməsi – Hakim özü-özünə etiraz etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra kollegiyanın hakimlərindən biri – Eldar İsmayılov özü-özünə etiraz etdiyini açıqlayıb. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işini araşdıran istintaq qrupunun üzvlərindən biri onun oğlu olub.

Buna görə də hakim özü-özünə etiraz edib.

Məhkəmə etirazı təmin edib. Bundan sonra cinayət işi üzrə məhkəmə iclası hakim E.İsnayılovun iştirakı olmadan keçiriləcək.

Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, Ç.Murarov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinir. O, DTX əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

DTX-nın həbs etdiyi şəxsin məhkəməsi – Hakim özü-özünə etiraz etdi

  • 25-06-2018, 16:11
  • 310


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  3. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  4. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  5. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  6. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  7. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  8. Yol qəzasında 4 hərbçimiz həlak olub
  9. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  10. Milli Məclis Deputatlarının maaş cədvəli açıqlandı- MƏBLƏĞLƏR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI