İmişlidə taxıl biçinində yaranan problemin səbəbi məlum oldu

698 27-06-2018, 09:18 gundem

İmişlidə taxıl biçinində yaranan problemin səbəbi məlum oldu
"Biz ötən ildə bu cür problemlə qarşı-qarşıya qaldıq. Məhsulumuzun bir hissəsi məhv olandan sonra taxıl sahələrimizi biçə bildik."

Bu sözlər ötən gün Conflict.az-a telefon açan İmişli sakinlərindən birinə məxsusdur. Xatırladaq ki, bir neçə gün öncə rayon sakinləri onlar üçün yaradılmış süni problemdən - kombayn çatışmamazlığına görə taxıl sahələrini biçdirə bilməmələrindən narazılıqlarını mətbuat vasitəsilə aidiyyatı strukturlara bildirmişdilər. Rayonun demək olar ki, əksər kəndlərində kombayn probleminin olduğu ilə bağlı mətbuata məlumat verən fermerlər əlavə olaraq onu da qeyd edirdilər ki, bu məsələdə günahkar qurum bilavasitə "Aqrolizinq" ASC-nin İmişli rayon bölməsinin rəhbərliyidir. Conflict.az-a rayondakı mənbədən daxil olan məlumata görə "Aqrolizinq" ASC-nin İmişli rayon bölməsinin rəhbəri Bəxtiyar Fərəcovun ona müraciət edən kəndlilərə "texnika çatmır" - deməsi, əslində doğru imiş. Mənbənin verdiyi məlumata görə İmişli "Aqrolizinq" bölməsinin rəhbəri Bəxtiyar Fərəcov müəssisənin tabeliyində olan texnikanı qonşu rayonlara müvəqqəti istifadə üçün icarəyə veribmiş. Məhz bu amili nəzərə alaraq B.Fərəcov müraciət edən fermerlərə "texnika çatmır" - qısa cümləsini ürəklə deyə bilirmiş. Düzdür sadə kəndli bir dövlət müəssisəsində nə qədər texnika olduğunu bilməyə bilər. O bunu bilməyə məcbur da deyil. Bəs rayon rəhbərliyi, aidiyyatı strukturlar nədən kəndlilərin məhsul yığımının qızğın vaxtında bölmə rəhbərinin şıltaqlıqlarınıa dözüm nümayiş etdirirlər? Şıltaqlıq demişkən, mənbənin bildirdiynə görə Bəxtiyar Fərəcovun "şıltaqlıq" etməsinə səbəblərdən biri də, onun "maraqlı" vərdişidir. Redaksiya bu məsələ ilə bağlı da araşdırmalarını davam etdirir . Məlumatlar faktlarla redaksiyaya daxil olduqdan sonra mütləq oxucuların diqqətinə çatdırılacaq.
Oxucuların diqqətinə onu da çatdıraq ki, ötən il ölkə Prezidenti cənab İlham İlham Əliyevin təşəbbüsü ilə regionların tarixi ənənələrə qayıdışı tədbirləri çərçivəsində bu rayonda pambıq əkini, becərilməsi və toplanması prosesində də, müəyyən problemlər olmuşdu. Təsadüfi deyil ki, cənab Prezidentin Bərdə müşavirəsində İmişli rayonu da daxil olmaqala, bir neçə rayonla bağlı narazılıqlarını səsləndirdi və həmin rayonların rəhbərlərinə qəti dönüş etmək tapşırığı verdi. Göründüyü kimi cənab Prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı strategiyası hələ ki, İmişlidə məhz dövlət başçısının istədyi səviyyədə həyata keçmir. Problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin görülməmsi və ya hətta görülən işlərlə bağlı ictimaiyyətin məlumatlandırılmaması onu deməyə əsas verir ki, İmişlidə problem var, həm də kiçik miqyaslı olmayan.
Mövzuya qayıdacağıq
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Xeberdar.net

XƏBƏR LENTİ