Türkiyə terrorçularla atışmada iki şəhid verib

577 27-06-2018, 16:10 dunya

Türkiyə terrorçularla atışmada iki şəhid verib
Türkiyənin Kahramanmaraş əyalətində Engizek dağları bölgəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə terrorçu PKK qruplaşması silahlıları arasında baş verən atışma nəticəsində bir ixtisaslı çavuş və bir kənd qoruyucusu şəhid olub.

Xeberdar.net Türkiyə mətbuatına istinadən məlumat verir ki, təhlükəsizlik əməkdaşları arasında yaralananların da olduğu bildirilir.

Yaralılar əyalətdəki xəstəxanaya yerləşdirilib. Ərzidə antiterror əməliyyatı davam edir.

xeberdar.net

XƏBƏR LENTİ