“BAHALI DƏRMANLAR PAMPERS KİMİ QEYDİYYATA ALINIB” – Generalların işilə bağlı ŞOK faktlar

943 28-06-2018, 12:15 gundem

“BAHALI DƏRMANLAR PAMPERS KİMİ QEYDİYYATA ALINIB” – Generalların işilə bağlı ŞOK faktlar
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşasından sonra başlanan cinayət işinin istintaqında bəzi yeniliklərin olduğu barədə xəbər vermişdik. Belə ki, “AzPolitika.info” ya verilən məlumatda istintaqın Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin, eləcədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovun məsuliyyətə cəlb olunması üçün əsasların olmadığı qənaətinə gəldiyi iddia edilirdi.

DGK-nin Tibbi Xidmət İdarəsinin 6 əməkdaşının həbsə alındığı, İdarənin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyev barədə cinayət işi qaldırıldığı halda, Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəm yalnız 1 nəfərə qarşı ittiham irəli sürülməsi də (314.2 -səhlənkarlıq maddəsi ilə) bununla bağlanılırdı.

Ancaq həbs olunan Gömrük Komitəsinin əməkdaşlarının yaxınlarından saytımıza daxil olan məlumatlar bu məsələdə əsas günahkarların məhz Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyinin və əməkdaşlarının olduğunu düşünməyə əsas verir. Belə ki, onların saytımıza verdiyi bilgiyə görə, məhz Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyindən icazəsiz, bu qurum əməkdaşları şərait yaratmazsa ölkəyə nəinki hansısa dərmanları, bahalı dərman vasitələrini, heç adi kibriti belə qeydiyyatsız keçirmək mümkün deyil.
Bu iddiaları “AzPolitika.info”ya başqa məlumatlı mənbə də təsdiqləyir.

“Uzun illər boyu Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bahalı dərman vasitələri xəstə bezi və pampers kimi qeydiyyata alınaraq, ölkəyə buraxılıb. Bununla həm dövlətin milyonlarla manat vəsaiti mənimsənilib, həm də tərkibi yoxlanılmadan ölkəyə gətirilən dərmanlar əhalinin sağlamlığına təhlükə yaradıb. Bunları İdarənin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin, eləcədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovun xəbəri olmadan həyata keçirilməsi mümkün deyil” – deyə, mənbə bildirib.

Bildirilir ki, bu işdə əsas məsuliyyəti də DGK-nin Tibbi Xidmət İdarəsi deyil, məhz Hava Nəqliyyatında Baş Gömrük İdarəsi daşıyır: “Onlar bu malların ölkəyə gətirilməsinin qarşısını alsaydı, Tibbi Xidmət İdarəsi necə dövriyyəyə buraxar bilərdi? Gömrükdə hamı bilir ki, Fikrət Qədiməliyev başda olmaqla Tibbi Xidmət İdarəsinin əməkdaşları verilən tapşırıqları yerinə yetirib. Əlbəttə, onlar da məsuliyyət daşıyır. Ancaq əsas fiqur deyillər.”

“BAHALI DƏRMANLAR PAMPERS KİMİ QEYDİYYATA ALINIB” – Generalların işilə bağlı ŞOK faktlar
Azərbaycan İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən bildiriblər.

Komitə tərəfindən aparılan müşahidələrə əsasən, mövsümi biçin işlərinin başlanması nəzərə alınaraq kənd təsərrüfatı məhsulları əkilmiş, o cümlədən taxıl sahələrinin biçinindən sonrayandırılması halları müşahidə edilir. Əhalinin nəzərinə çatdırılır ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır və bu işlərə yol vermiş şəxslər cərimələnəcəklər.Əhalinin nəzərinə çatdırılır ki, İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə əsasən əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin1500 manatdan 2000 manatadək məbləğdə və hüquqi şəxslərin5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Qeyd edilməlidir ki,əkin sahələrinin yandırılması nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirir. Həmçinin, əkin sahələrinin yandırılması yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olur.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edən əkin torpaqlarının mühafizəsinin təmin edilməsi, eləcə də torpaqların istifadəsi və onların mühafizəsi sahəsində inzibati məsuliyyətə səbəb olacaq halların qarşısının vaxtında alınması məqsədi ilə yerli icra hakimiyyətləri, əlaqədar təşkilatlar əkin işləri ilə məşğul olan əhali və yerli özünüidarəetmə orqanları arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işlərinin aparılmasını təşkil etməlidirlər.

XƏBƏR LENTİ