FAZİL MƏMMƏDOV TƏCİLİ TÜRKİYƏYƏ APARILIB – Vəziyyəti ağırdır

752 28-06-2018, 12:33 hadise

FAZİL MƏMMƏDOV TƏCİLİ TÜRKİYƏYƏ APARILIB – Vəziyyəti ağırdır
Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti pisləşdiyi üçün o, təcili Türkiyəyə aparılıb.
F.Məmmədovun yaxınlarından unikal.org-a verilən məlumata görə, sabiq nazirin qaraciyərində problem yarandığı üçün Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib.

Xeberdar.net xatırladır ki, 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu son zamanlara qədər sirr olaraq qalırdı. Mətbuatda yazılanlardan məlum olur ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb. Çernobıla yardıma gedənlər və orada xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədovun bu statusdan heç zaman istifadə etmədiyi deyilir. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı, ümumiyyətlə, tərcümeyi-halında göstərməyib.

XƏBƏR LENTİ