Su vannasında sadə üsulla güclü müalicə metodları– Siz də sınayın

1 690 29-06-2018, 20:33 maraqli

Su vannasında sadə üsulla güclü müalicə metodları– Siz də sınayın
Su ilə müalicə çox qədimdən məlumdur. Tibb elminin atası sayılan Hippokrat, eləcə də onun istedadlı ardıcılları Qalen, İbn-Sina və bir çox başqaları öz müalicə metodlarında suya mühüm yer ayırıblar. Lakin su ilə müalicəni sistem şəkilinə salan və məhşurlaşdıran-almaniyalı keşiş Sebastian Kneypp olub.
Xəstəliklərdən əziyyət çəkən Sebastian su ilə müalicə metodu haqqında oxuduğu bir kiçik braşura ilə işgənclərinə birdəfəlik son qoyur. Suyun şəfaverici qüdrətinə möhkəm inanan gənc Kneypp onun köməyi ilə özünü sağaldır, köhnə sistemi təkmilləşdirib , öz metodunu yaradır. S.Kneyppin müalicə metodunu dərindən öyrənən A.Zalmanov ona bir çox əlavələr edir. İstedadlı alimin bizə təklif etdiyi hidroterapiya (su ilə müalicə) orqanizmə oyadıcı (vozbujdayuşşiy) və sakitləşdirici, bədəni isidən və soyudan təsir göstərir.Yerli(əl, ayaq, əl-ayaq) vannalar isə fikiryayındırıcı (otvelekayuşşi) təsirə malikdir.Bütün vannalar qan dövranını yaxşılaşdırmağa,qanı təmizləməyə və daxili “masaja” xidmət edir. Qabaqlar vannaları şirin suda (presnaya vada) edərdilər. Zalmanov isə suya dəniz buzu, skipidar və bəzi bitkiləri qatmağı tövsiyyə edir. 60-dən 420-yə qədər istiliyi olan su vannaları soyuq, ilıq, isti, çox isti və qaynar vannalara bölünür. Bunların hərəsi bir məqsədə qulluq edir. Çox soyuq vannalar sağlam adamı gümrahlaşdırdığı halda, xəstələrə pis təsir göstərə bilər. Orqanizmi çox zəyif olan, xroniki xəstəliklərdən əzab çəkən adamlar çox soyuq vannalardan istifadə edə bilməzlər. Belələri yüksələn istiliklə ilıq və kontrast vannalar qəbul edə bilər. Belə vannalar sakitləşdirici, ağrıkəsici,spazma götürən təsirə malikdir. Orqanizmin ehtiyat qüvvələrini işə salan və maddələr mübadilə sini yaxşılaşdıran bu cür vannalar orqanizmi soyuq vannalara hazırlaşdırır.
Azərbaycanda Zalmanov və Kneyp sistemlərini araşdıran və onu tətbiq edən mütəxəssis Ərşad Əzimzadə özünün bir çox məsləhlətlərində də həmin iki böyük bilicinin metodlarını dəfələrlə təkrarlayıb. O, bir zamanlar çox məşhur olan “Möcüzəsiz möcüzə” kitabında bu barədə geniş məlumat verib.
İstiliyi artıran vanna - Çox da halsız olmayan xəstə yarıya qədər doldurulmuş vannada uzanır. Suyun hərarəti 37 dərəcədir. Halsız xəstə üçün 36 və ya 35 dərəcə də nəzərdə tutulub. Vannaya hər üç dəqiqədən bir isti su əlavə edərək, hərarəti bir dərəcə qaldırıb və 39-a çatdırmaq lazımdır. Maddələr mübadiləsinin xroniki xəstəliyi zamanı 39 dərəcə yaxşı səmərə verir, “revmatiklər” isə 38,5 dərəcə ilə kifayətlənə bilər. Şişləri müalicə edən xəstələr istiliyi 38-39-dan aşağı olan vannaya girməməlidir. Bütün hallarda vannadan sonra bədəni silmədən, mələfəyə bürünüb, yatağa girmək, bir-iki saat istirahat etdikdən sonra geyinmək lazımdır.

Hipertermik vannaların iki variantı var: Xəstəni qızdırılmış boş vannaya uzatmaq, vannaya 36-37 dərəcə istiliyi olan su buraxmaq lazımdır. Suyun hündürlüyü 7,5 santimetrə çatanda 43 dərəcə istiliyi olan suyu yavaş-yavaş əlavə etmək (15-30-40 dəqiqə ərzində), xəstənin üzündə tər əmələ gələndə su tökməyi dayandırmaq mütləqdir. Bundan sonra suyu 0,5-1,5 dərəcə soyutmaqla xoşagələn komfort yaranacaq. Vannadan sonra duşun altında dayanmaq və suyun hərarətini xoş ovqat yaranana qədər aşağı salmaq, qurulanmadan isti yatağa girmək lazımdır.
İkinci variant isə belədir: Xəstəni yarıyacan doldurulmuş vannaya uzatmaq lazımdır. Bundan sonra birinci variantda olduğu kimi hərəkət etmək və hərarət 39-a çatdırılmaq vacibdir. Suyun hərarəti 42 dərəcəyə çatana qədər hər 3 dəqiqədən bir isti su əlavə etmək lazımdır. Bu zaman əsas göstərici xəstənin üzündə tər əmələ gəlməsidir. Xəstənin üzü nisbətən aşağı hərarətdə də tərlə örtülə bilər. Bu zaman isti su əlavə etməyə ehtiyac yoxdur, bu pis nəticə verə bilər. Burada da sonluq birinci variyantdakı kimidir, quru mələfəyə və yaxud xalata bürünmək də olar. Diqqət! Vərəmin aktiv fazası, hipertireozun ağır dərəcəsi, qara ciyərin (orqanın spesifik toxuma elementləri) parenxinlə rinin zədələnməsi, ürəyi zədələyən fəal revmatik proseslər və ya psixoz vaxtı bu vannaları qəbul etmək olmaz.
Hər iki variantda suya müalicəvi bitkilər, xörək duzu, dəniz duzu, skipidar və sairə qatmaq müalicəninn təsir gücünü artırır. Hər əlavənin öz xüsusi təyinatı var./moderator.az/

XƏBƏR LENTİ