Xüsusi xidmət Serj Sarkisyanın qardaşını və qardaşı oğlunu belə apardı - Video

807 5-07-2018, 10:06 dunya

Xüsusi xidmət Serj Sarkisyanın qardaşını və qardaşı oğlunu belə apardı - Video
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandrın evində təxminən 8 saat axtarış aparıblar.
Ötən axşam aparılan axtarışlar başa çatdıqdan sonar Aleksandr Sarkisyan və onun oğlu Ayk Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Milli Təhlükəsizlik Xidmət hələlik bu xüsusi əməliyyatın yekunları barədə məlumat verməyib.

Qeyd edək ki, bundan öncə Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkiyanın qardaşı oğluna qarşı cinayət işini bərpa eetmişdi.

Ayk Sarkisyan adam öldürməyə təşəbbüsdə ittiham edilir.(Modern.az )


XƏBƏR LENTİ