Azərbaycanda mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda mikroavtobus aşdı, yaralılar varBakı–Qazax magistral yolunda çox sayda insanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hələlik sürücüsü və dövlət nömrə nişanı istintaqla müəyyən edilməyən içi sərnişinlə dolu mikroavtobus hərəkətdə olarkən qəfildən sürüşərək aşıb. Hadisə bir neçə dəqiqə əvvəl Bakı-Qazax magistralının 155-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.

İdarədən onu da bildirdilər ki, qəza zamanı 10 nəfərdən çox insan xəsarət alıb. Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə Şirvan Rayon Mərkəzi Xəstəxanasına aparılır.
Hələlik sürücünün və xəsarət alanların adlarını müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

(ans)

Xeberdar.net

Azərbaycanda mikroavtobus aşdı, yaralılar var

  • 27-01-2016, 11:56
  • 645


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qubada ağac qətlamı davam edir
  2. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  3. "...ZƏFƏR BİZİMDİR" - Hürrü Əliyev
  4. Qobustanda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
  5. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  6. Ordumuz bir sıra əraziləri işğaldan azad etdi-SİYAHI
  7. MN: Düşmənin iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu məhv edilib - VİDEO
  8. QUBADLI ŞƏHƏRİ VƏ BƏZİ KƏNDLƏR İŞĞALDAN AZAD EDİLDİ! - Ali Baş Komandan yeni zəfər xəbərini verdi! + FOTO
  9. Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
  10. Paşinyanın qızı sosial şəbəkələrdə Rusiya rəhbərliyini və rus xalqını təhqir edir - FOTO
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI