11 milyon tonluq buz parçası bu ölkəyə yaxınlaşır

527 16-07-2018, 12:37 dunya

11 milyon tonluq buz parçası bu ölkəyə yaxınlaşır
Qrenlandiyadadakı İnnaarsuit qəsəbəsi 11 milyon ton buz parçası təhlükəsi ilə üz-üzədir.

Qəsəbə nəhəng buz hissənin parçalanması və yağışların yağması ilə sunami təhlükəsi ilə qarşılaşa bilər. Ərazi artıq qismən təxliyə edilib. 33 nəfər təhlükəsiz yerə köçürülüb.

Qeyd edək ki, ötən il baş verən zəlzələ ilə sunami yaranmış, 4 nəfər dünyasını dəyişmişdi. /Qaynarinfo/

XƏBƏR LENTİ