Stavropol Azərbaycan diasporunun rəhbəri: “Bəzi xarici qüvvələr Azərbaycanı öz daxilindən qarışdırmağa calışırlar”

1 293 16-07-2018, 16:13 gundem

Stavropol Azərbaycan diasporunun rəhbəri: “Bəzi xarici qüvvələr Azərbaycanı öz daxilindən qarışdırmağa calışırlar”
Stavropol Azərbaycan diasporunun rəhbəri Faxrəddin Yarıyev Gəncədə baş verən son hadisələrlə bağlı bəyanat yayıb.Xeberdar.net-ə daxil olan bəyanatda deyilir:
“Azərbaycan Respublikasının, Gəncə şəhərində baş verən hadisələr, biz, Rusiyada yaşayan azərbaycanlılar arasında da böyük nərahtlığa səbəb olmuşdur. Bu gün demək olar ki, Azərbaycan Respublikası müstəqil ölkə olaraq hər yerdə öz sözünü deyə bilir. Eyni zamanda ölkəmiz potensial inkişafına görə də yüksək mövqeydə durur. Bu bizim ölkəni istəməyənləri çox nərhat edir. Buna görə də bəzi xarici qüvvələr Azərbaycanı öz daxilindən qarışdırmağa calışırlar. Lakin biz əminik ki, müdrik siyasətçi prezidentimiz və dəyərli xalqımız heç vaxt ölkəmizin daxilində hərc mərcliyə yol verməyəcəkdir. Biz də ölkəmizin hüdudlarından kənarda yaşamağımıza baxmayaraq söz veririk ki, ölkə prezidentinə və xalqımıza dəstək olaraq Azərbaycan bayrağının daha yüksək zirvələrdə dalğalanmasında yaxından dəstək olacağıq.

Allah ölkəmizi qorusun !

Faxrəddin Yarıyev
Stavropol Azərbaycan diasporunun rəhbəri "

Xeberdar.net

XƏBƏR LENTİ