“Google” 5 milyard dollar cərimələndi –Avropa Komissiyası şirkəti qanunları pozmaqda ittiham edib

701 18-07-2018, 17:24 dunya

“Google” 5 milyard dollar cərimələndi –Avropa Komissiyası şirkəti qanunları pozmaqda ittiham edibAvropa Komissiyası “Google” şirkətini 4,34 milyard avro (5 milyard dollar) cərimələdiyini elan edib.

Şirkət Android smartfon istehsalçıları və mobil şəbəkə operatorlarına qanunsuz məhdudiyyətlər qoymaqla Avropa İttifaqının rəqabət qaydalarını pozmaqda ittiham olunub.

“Google Android əməliyyat sistemindən istifadə edərək özünün axtarış mühərrikinin dominantlığını möhkəmləndirib”, – Aİ-nin rəqabət üzrə komissarı Marqarita Vestager iyulun 18-də yaydığı bəyanatda bildirib.

Komissiya “Google”a göstəriş verib ki, ya 90 gün ərzində buna son qoysun, ya da əlavə cərimələrlə üzləşəcək.

“Google” şirkətinin davranışının Aİ-nin antimonopoliya qaydalarına zidd olduğu vurğulanır.

Ötən il “Google”un təsisçi şirkəti olan “Alphabet” onlayn şopinq axtarış xidmətinə görə 2,4 milyard avro cərimələnmişdi. Amma bu məbləğ “Alphabet”in iki həftəlik gəlirlərindən bir az artıqdır. Şirkətin nağd 102,9 milyard dollarlıq ehtiyatı var.

“Google” bəyanatında cərimədən şikayət verəcəyini açıqlayıb.

(Azadlıq radiosu)

XƏBƏR LENTİ