Bakıdakı hoteldə ərəb turistin cəsədi tapıldı -FOTO

667 19-07-2018, 10:40 hadise

Bakıdakı hoteldə ərəb turistin cəsədi tapıldı -FOTOAzərbaycanın paytaxtındakı hotellərdən birində 30-35 yaşlı kişinin cəsədi aşkar edilib. Hadisə “Viva Boutique” hotelində baş verib.

Hoteldən Oxu.Az-a verilən məlumata görə, ölən şəxs ərəb turist olub.

“Onun cəsədi otaqda aşkarlanıb. Bizdə olan məlumata görə, o, daxili qanaxma nəticəsində dünyasını dəyişib”, - hotel əməkdaşı bildirib.

Bakıdakı hoteldə ərəb turistin cəsədi tapıldı -FOTO

XƏBƏR LENTİ