Gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib- Bakıda

Gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib- BakıdaBakıda gənc oğlan ürəyindən qətlə yetirilib.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Ötən gün gecə saatlarında “3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 1990-cı il təvəllüdlü Rəşad Əliyev naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əliyev ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

xeberdar.net

Gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib- Bakıda

  • 21-07-2018, 11:00
  • 501


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI