“Eldar Əzizov 1-ci müavin deyil” –Bakı Meriyasından rəsmi açıqlama

1 432 23-07-2018, 18:04 cemiyyet

“Eldar Əzizov 1-ci müavin deyil” –Bakı Meriyasından rəsmi açıqlamaXəbər verdiyimiz kimi, bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib.

Xəbərin yayıldığı ilk günlərdə E.Əzizovun başçının I müavini postuna gətirildiyi bildirilirdi. Amma bu gün BŞİH-in rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub.

Modern.az dəqiqləşmə aparmaq üçün BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb. Nailə Məmmədova Modern.az-a açıqlamasında bildirib ki, rəsmi saytdakı təqdimat doğrudur: “Eldar Əzizov birinci müavin yox, başçının müavini təyin edilib. O, eyni zamanda başçının səlahiyyətlərini icra edir”.

Xeberdar.net

XƏBƏR LENTİ