KEÇMİŞİNİ UNUTMUŞ DEPUTAT OĞLUNUN HARIN HƏYAT TƏRZİ –VİDEO

KEÇMİŞİNİ UNUTMUŞ DEPUTAT OĞLUNUN HARIN HƏYAT TƏRZİ –VİDEODeputat Elmira Axundovanın oğlu Həbib Axundov ölkə mətbuatının gündəminə model Günel Mirzəyevanın ölümü ilə düşmüşdü. Belə ki, modelin deputatın oğluna məxsus yaxtada boğulduğu bildirilirdi. Həmin vaxt istər deputat E.Axundova istər də oğlu H.Axundov hadisənin onların yaxtasında baş vermədiyinə dair açıqlama vermişdilər. Hətta E.Axundova açıqlamasında oğlunun ümumiyyətlə yaxtasının olmadığını bildirmişdi.

Amma bu açıqlamadan bir müddət sonra H.Axundov hadisənin həqiqətən də ona məxsus yaxtada baş verdiyini, lakin həmin an özünün yaxtada yox, sahildə olduğunu və bu səbəbdən də G.Mirzəyevaya kömək edə bilmədiyini bildirib: “… 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm”.KEÇMİŞİNİ UNUTMUŞ DEPUTAT OĞLUNUN HARIN HƏYAT TƏRZİ –VİDEOOrtada bir-birini təkzib edən açıqlamalar olsa da, məsələ qapadılıb getdi. Hər halda ortada cəza alan olmadı. Hər kəs necə deyərlər, qaldığı yerdən həyatını davam etdirdi. Həm də necə həyatını…

Ancaq deputatın oğlunun adı bu dəfə başqa bir dələduzluq işində gündəmə gəldi. Həbib Axundovun adı 8 milyonluq dələduzluq qalmaqalında hallanmağa başladı. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov şikayət edərək, Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanları olduqlarını bildirdilər.

Ancaq H.Axundov bütün günahın Elnur İbrahimovda olduğunu bildirərək, özünün də zərərçəkmiş olduğunu bildirdi. Hazırda məhkəmədə araşdırılan bu işdə zərərçəkmişlər pullarını deputat oğluna verdiklərini bildirirlər.

Bu iş üzrə məhkəmə prosesinin getdiyi bir vaxtda deputat oğlu ilə bağlı yeni faktlar ortaya çıxıb.

“AzPolitika.info” xəbər verir ki, H.Axundovun harın həyat tərzini, kef içində yaşadığını əks etdirən, hətta kasıb insanları ələ salmaqdan çəkinmədiyi görüntüləri yenidən gündəmi zəbt edib. Bahalı avtomobillər, bahalı geyimlər, necə deyərlər, ətrafında huri mələklər…

Bu görüntülər ölkənin iki ağır devalvasiyadan keçdiyi günlərdə çəkilib… Xalq banklar qarşısında boynubükük qalıb, minlərlə vətəndaşımız məhkəmələrdə sürünür, amma nə kəramətdisə, bizim çox çox dəyərli deputatımızın oğlu Həbib Axundov mal-mülk, səltənət içində üzür...

Sanki insanları ələ salırmış kimi, “Bakıda deyirlər “krizisdir”, dollar qalxıb, mənim dollarım, heç manatım da yoxdur” deyə lağlağı şəkildə bildirir.

Gah ətrafındakı qızlara özünün oliqarxlar kimi yaşaması, gah da əynindəki kurtkanın qiyməti ilə öyünür…

“AzPolitika.info” deputat oğlunun internetdə yayılmış görüntülərini təqdim edir:

KEÇMİŞİNİ UNUTMUŞ DEPUTAT OĞLUNUN HARIN HƏYAT TƏRZİ –VİDEO

  • 24-07-2018, 17:58
  • 761


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  10. Şənbə gününün hava proqnozu açıqlanıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI